Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Manat gələn il də sabit qalacaq
Manat gələn il də sabit qalacaq
Hökumət əmanətləri qızıl və ya dollarla deyil, manatla saxlamağı tövsiyə edir
Cümə, 27.11.2009

A.Əhmədova mətn ölçüsü  

Dolların iqtisadiyyatda mövqeyi zəiflədikcə digər valyutaların önəmi artmağa başlayır. Dövlətlər milli valyutalarının mövqeyini sabit saxlamaqla, əhaliyə əmanətlərini bu yolla saxlamağı tövsiyə edirlər. Yeri gəlmişkən, qızılın qiymətinin sürətlə artmasının səbəbi də qızılın özü deyil, onun alternativi kimi sayılan, dövlətlərin ehtiyat valyutası hesab olunan dolların ucuzlaşmasıdır. Təkcə son üç ayda dünya dövlətlərinin malik olduğu ehtiyat valyutaların tərkibində dolların həcmi 67 faizdən 61-ə düşüb. Beləliklə də dolların qiymətdən düşməsi onun ehtiyat valyuta rolunun azalmasına səbəb olub. Nəticədə qızıla yönümlük bir qədər artıb.

Bu yaxınlarda Hindistanın Beynəlxalq Valyuta Fondundan 200 ton qızıl alması, Çinin yüz tonlarla qızılın alınması istiqamətində danışıqlar aparması kimi faktlar qızılın qiymətinin artmasına gətirib çıxarıb. Amma buna baxmayaraq, ekspertlər əhalini ehtiyatlı davranmağa səsləyir. Çünki qızılın qiymət artımı özünün pik səviyyəsinə çatıb. Bu artımın fonunda insanlar yalnız qızıl almağa üstünlük versələr, yanılmış olarlar. Çünki tezliklə qızılın qiyməti sürətlə aşağı düşməyə başlayacaq. Bəllidir ki, qızılın bugünkü qiyməti onun həqiqi qiyməti deyil. Qızıl elə bir məhsuldur ki, kütləvi şəkildə insanların istehlakına yönəlmir. İnsanlar və dövlətlər bütün maliyyə böhranları dönəmində qızılı özləri üçün ehtiyat sığınacaq kimi görür. Bu isə qızılın qiymətinin artması ilə müşahidə olunur. Digər tərəfdən, dünyada "donuz qripi"nin yayılması qızılın qiymətinə təsir göstərib.

REKLAM

Çünki bütün fəlakətlərdən, müharibələrdən daha çox qızıl ehtiyatı ilə çıxan insanlar özlərini rahat hiss edirlər.

Bəzi ekspertlər hesab edirlər ki, əhali öz əmanətlərini qızıl məmulatları və daşınmaz əmlaka yönəldib. Risklilik baxımından əmanətlərin manat və ya xarici valyutada saxlanması etibarlı deyil. Mərkəzi Bank rəsmiləri isə hesab edirlər ki, vəsaitləri manatla saxlamaq daha məqsədəuyğundur. Çünki gələn il manatın devalvasiyası üçün heç bir fundamental səbəb yoxdur. Bir vaxtlar manatın kursu ilə bağlı deyilənlər də özünü doğrultmadı. MB idarə heyətinin sədri bəyan edib ki, 2010-cu ildə manatın kursu sabit olacaq. Azərbaycanda bunun üçün kifayət qədər imkanlar var.

Odur ki, manat əmanətlərin saxlanması üçün ən etibarlı vasitədir. Çünki Azərbaycan hökumətinin apardığı siyasət manatın devalvasiyasına imkan vermədi. Xatırladaq ki, böhranın pik dövründə MB ictimaiyyətə manatın sabitliyinin qorunacağını bəyan etdi və bu sabitlik təmin olundu. Yeri gəlmişkən, həyata keçirilən siyasət beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildi.

Manatın sabitliyi əhalinin gəlirləri və yığımlarını inflyasiyadan qorumaqla yanaşı, istehsal sahələrində istifadə olunan idxal məhsullarının kəskin bahalaşmasının qarşısını alıb. Bu həm də banklar qarşısında xarici valyutada öhdəlikləri olan iqtisadi subyektləri ciddi maliyyə itkilərindən qorudu, bankların valyutada olan xarici borc yükünün artmasının qarşısını aldı.

Son vəziyyət göstərir ki, devalvasiyaya əl atmış ölkələrdə makroiqtisadi vəziyyət daha da gərginləşib, bəzi MDB dövlətlərində iqtisadi tənəzzül 10-20 faiz arasında olub, əhalinin gəlirləri və böhranın təsiri ilə bir sıra ölkələrin milli valyutaları dərin devalvasiyaya məruz qalsa da, Azərbaycanda belə hal müşahidə olunmayıb. Azərbaycan manatı il ərzində ABŞ dollarına nisbətdə cəmi 0,3 faiz ucuzlaşıb. Bu o deməkdir ki, manatın məzənnəsi il ərzində sabit qalıb. Bu il manatın dəyəri Azərbaycanın əksər ticarət tərəfdaşlarının valyutaları ilə müqayisədə təxminən 1 faiz möhkəmlənib. Hökumət gələn il də manatın məzənnəsini qoruyub saxlamaqda qərarlıdır. Çünki manatın sabitliyi ölkə iqtisadiyyatının dayanıqlılığının başlıca lövbəridir. Öyrəndik ki, MB bu il manatın devalvasiyasının qarşısını almaq üçün 1 milyard manata yaxın vəsait xərcləyib.

Hökumət bəyan edir ki, Azərbaycanın öz valyutasının dəyərini qorumaq üçün kifayət qədər ehtiyatı var. Dünyada maliyyə böhranı başlayanda Azərbaycanın strateji valyuta ehtiyatları 17 milyard dollar idi. Əgər Azərbaycana valyuta daxil olmasa, bu ehtiyat ölkəmizi 27 ay idxalla təmin etməyə imkan verir. Azərbaycanda valyuta ehtiyatları fondu yeni yarananda orada cəmi 12 milyon dollar vəsait var idi. 1995-ci ildə bu rəqəm cəmi 250 milyon dollar idi. Onun isə 80-90 faizini beynəlxalq təşkilatlardan alınmış kreditlər təşkil edirdi. Bu gün isə 19 milyard dollardan söhbət gedir. Deməli, Azərbaycan əhəmiyyətli valyuta ehtiyatlarına malikdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dünya dollardan imtina etmək istəyir?

Bölmənin digər xəbərləri
 
"Çay gətir, özü də xoruzquyruğu..."
Çayçılığın inkişafı üçünsə daha böyük diqqət tələb olunur

Tikinti sektorunda yeni böhran gözlənir
Odur ki, antiböhran tədbirlərinin davamı zəruri sayılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər