FİFA 2009-cu ilin ən yaxşı futbolçusunu təyin etmək üçün sorğu keçirir. Sorğuda dünya yığma komandalarının baş məşqçiləri və kapitanları iştirak edir. Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts ilin ən yaxşı futbolçusu sorğusunda 3 futbolçunun adını çəkib. Bunlar Fernando Torres (İspaniya, "Liverpul"), Mixael Ballak (Almaniya, "Çelsi") və Con Terridir (İngiltərə, "Çelsi").
Milli komandamızın kapitanı Rəşad Sadıqov da 2009-cu il dünyanın ən yaxşı futbolçusunun seçimində iştirak edib. Rəşad Sadıqova görə, ilin ən yaxşı futbolçusu adına argentinalı Lionel Messi ("Barselona") layiqdir. O, ikinci yeri "Barselona"nın futbolçusu Xavi Ernandesə, üçüncü yeri isə Madrid "Real"ında çıxış edən Kriştianu Ronalduya verib.
FİFA ilin ən yaxşı futbolçusu seçilən namizədi "Brilyant top"la mükafatlandırır.
|