Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Hələ ki medal yoxdur
Gözlər bu gün ikiqat dünya çempionu Nizami Paşayevə dikilib
Cümə, 27.11.2009

İlham mətn ölçüsü  

Koreyanın Qyanq şəhərində ağır atletika üzrə dünya çempionatı davam edir. Çempionatda iştirak edən atletlərimizdən heç biri fəxri kürsüyə yüksələ bilməyiblər.

Azərbaycan atletləri arasında körpücük üzərinə ən birinci 62 kq çəkidə çıxış edən Zülfüqar Süleymanov çıxıb. Birdən 133, təkanla 165 kq ağırlıq qaldıran idmançımız 298 kq nəticə ilə 6-cı olub.

Onun ardınca podiuma qalxan Əfqan Bayramov birdən 135, təkanla 170 kq nəticə göstəib. Yekunda 305 kq toplayan atletimiz 10-cu olub. Bu çəkidə yarışmalı olan digər həmyerlimiz Sərdar Həsənov isə çıxış etməyib. 77 kq çəkidə qüvvəsini sınayan Namiq Cəmilov daha zəif çıxış edib. O, ümumilikdə 331 (150+181) qaldıraraq, 31 atlet arasında 15-ci olub.

Dünən daha bir atletimiz qüvvəsini sınayıb. 85 kq-da çıxış edən İntiqam Zairov birdən qaldırmada 170 kq, təkanla qaldırmada isə 203 kq-lıq çəkinin öhdəsindən gəlib. Beləliklə, 373 kq nəticə göstərən İntiqam yarışı 5-ci yerdə başa vurub. Bu, atletlərimizin göstərdiyi nəticələr arasında hələ ki ən yaxşısıdır.

Bu gün Rövşən Fətullayev və Nizami Paşayev (hər ikisi 94 kq), noyabrın 29-da isə Əlibəy Səmədov (105 kq) yarışa qoşulacaqlar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bu gün ikinci dövrə başlanır
Rəqəmlər "Xəzər-Lənkəran" və "Qəbələ"nin çempionatın lideri olduğunu deyir

"Araz" dördlər finalında!
Azərbaycan çempionu futzal tarixində görünməmiş uğura imza atdı

Dünya kubokunda iki nəfərlə qaldıq
Teymur Rəcəbov iki il əvvəlki aqibətini yenidən yaşadı

"Qalatasaray" dekabrın 9-da Bakıya gəlir
Bu il voleybol üzrə Avropa miqyaslı klub turnirlərində Azərbaycanı 5 komanda təmsil edəcək.

Bakı dünya çempionatı keçirmək istəyir
Çimərlik futbolu üzrə 2011 və 2013-cü illərdə keçiriləcək dünya çempionatlarının final mərhələlərini qəbul etməyə namizəd ölkələrin tam siyahısı müəyyənləşib.

Foqts və Sadıqov "Brilyant top"a namizədlərini verdilər
FİFA 2009-cu ilin ən yaxşı futbolçusunu təyin etmək üçün sorğu keçirir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər