Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Araz" dördlər finalında!
"Araz" dördlər finalında!
Azərbaycan çempionu futzal tarixində görünməmiş uğura imza atdı
Cümə, 27.11.2009

İlham Kərimoğlu mətn ölçüsü  

Futzal üzrə UEFA kubokunun elit raundunun oyunlarına yekun vurulub. Bakıda keçirilən "D" qrupu oyunlarından sonra yarışın final mərhələsində çıxış etmək hüququ verən yeganə vəsiqənin sahibi müəyyənləşib.

Bu yarışda ölkəmizi təmsil edən Azərbaycan çempionu "Araz"ın əvvəlki iki turu qələbə ilə başa vurması haqqında ötən sayımızda məlumat vermişdik.

Əvvəlki iki rəqibinə - Latviyanın "Nikars" və Yunanıstanın "Atina-90" klublarına böyük top fərqi ilə qalib gələn çempionumuz qrupdakı son oyununda Qazaxıstanın "Kayrat" komandasını 4:3 hesabı ilə məğlubiyyətə uğradıb. "Araz"ın heyətində Rodriges Paz (2 qol), Vitali Borisov və Santos fərqləniblər. Beləliklə, elit raundun oyunlarında maksimal nəticə əldə edən komandamız yarışı qrup lideri kimi başa vurub. Ardıcıl üçüncü qələbəsini qazanan Naxçıvan klubu mötəbər turnirin dördlər finalına vəsiqə qazanıb.

Beləliklə, "Araz" qitəmiqyaslı turnirin dördlər finalına çıxan ilk komanda kimi Azərbaycan futzal tarixinə düşüb.

UEFA kubokunda "Araz"ın mübarizə aparacağı növbəti həlledici mərhələnin oyunları 2010-cu ilin aprelində keçiriləcək. Azərbaycan çempionu İtaliyanın "Luparenze", İspaniyanın "İntervyu" və Portuqaliyanın "Benfika" klubları ilə mübarizə aparacaq. Qeyd edək ki, "İntervyu" klubu ötən il UEFA kubokunun qalibi olub.

Yeri gəlmişkən, AFFA futzal üzrə dördlər finalına ev sahibliyi etmək üçün Bakının namizədliyini irəli sürmək niyyətindədir. Püşkatmanın nəticələrinə görə dördlər finalının oyunlarının Bakıda təşkil olunması baş tutarsa, matçların Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcəyi gözlənilir. Reqlamentə görə, dördlər finalına vəsiqə qazanan hər bir komanda eyni zamanda yarışın bu mərhələsinin oyunlarını öz meydanında keçirmək hüququna da yiyələnir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Araz"ın rəqibləri bəlli oldu

Yığma Braziliya ilə oynayacaq

Azərbaycan çempionunun rəqibi "Omoniya"dır

UEFA kubokunun oyunları Bakıda keçiriləcək

Araz Əzimov: "Sərhədlərin açılması Cənubi Qafqaza ziyan gətirəcək"

Bölmənin digər xəbərləri
 
Bu gün ikinci dövrə başlanır
Rəqəmlər "Xəzər-Lənkəran" və "Qəbələ"nin çempionatın lideri olduğunu deyir

Dünya kubokunda iki nəfərlə qaldıq
Teymur Rəcəbov iki il əvvəlki aqibətini yenidən yaşadı

Hələ ki medal yoxdur
Gözlər bu gün ikiqat dünya çempionu Nizami Paşayevə dikilib

"Qalatasaray" dekabrın 9-da Bakıya gəlir
Bu il voleybol üzrə Avropa miqyaslı klub turnirlərində Azərbaycanı 5 komanda təmsil edəcək.

Bakı dünya çempionatı keçirmək istəyir
Çimərlik futbolu üzrə 2011 və 2013-cü illərdə keçiriləcək dünya çempionatlarının final mərhələlərini qəbul etməyə namizəd ölkələrin tam siyahısı müəyyənləşib.

Foqts və Sadıqov "Brilyant top"a namizədlərini verdilər
FİFA 2009-cu ilin ən yaxşı futbolçusunu təyin etmək üçün sorğu keçirir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər