Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Bu gün ikinci dövrə başlanır
Bu gün ikinci dövrə başlanır
Rəqəmlər "Xəzər-Lənkəran" və "Qəbələ"nin çempionatın lideri olduğunu deyir
Cümə, 27.11.2009

Kərim Nəsrullah mətn ölçüsü  

Bu gün "Qarabağ" - "Turan" matçı ilə futbol üzrə Azərbaycan çempionatında ikinci dövrə başlanacaq. Növbəti iki gün ərzində daha beş qarşılaşma ilə tura yekun vurulacaq. XII tur: "Bakı" - "Xəzər-Lənkəran", "Simurğ" - "Qəbələ", "Karvan" - "İnter", "Neftçi" - "Olimpik", "Standard" - "Muğan".

İki gün əvvəl keçirilən "Xəzər-Lənkəran"- "Bakı" matçı ilə futbol üzrə Azərbaycan çempionatının ilk dövrəsinə yekun vurulub. 11 turdan sonra çempionatın finalında oynamağa iddialı olan komandalar bəlli olub. Bunlar "İnter", "Simurğ", "Qarabağ", "Qəbələ", "Neftçi", "Xəzər-Lənkəran" və "Bakı"dır. Hərçənd, nəzəri baxımdan turnir cədvəlinin daha aşağı pillələrində qərarlaşan beş komandanın da ilk altılığa düşmək şansı qalıb. İlk dövrənin nəticəsinə əsasən, hazırda "altılıq"da qərarlaşan komandalardan "Xəzər-Lənkəran" və "Qəbələ" daha çox - 8 "qızıl xal" yığıblar. "İnter", "Simurğ" və "Qarabağ"ın aktivində 7, "Neftçi"nin isə 4 xalı var.

Məlum olduğu kimi, cari çempionat fərqli formula üzrə keçirilir. 12 komanda öz aralarında iki dövrə oynadıqdan sonra, hər birində 6 komanda olmaqla, iki qrupa bölünəcək. İlk altılığa düşən komandalar medallar uğrunda, digər altılıqda olanlar isə Premyer Liqada yerini qorumaq üçün mübarizə aparacaqlar. İlk dövrənin son oyunlarından sonra komandalar istirahətə yollanmayacaqlar. Qarşıdakı istirahət günləri çempionatın ikinci dövrəsinin matçları keçiriləcək.

Birinci dövrənin son turunun nəticələri turnir cədvəlində sıxlığın yaranmasına səbəb olub. "İnter" mövsümdə ikinci dəfə məğlubiyyətlə barışıb. Paytaxt komandası ilk dövrəni lider kimi başa vursa da, indi turnir cədvəlində üçhakimiyyətlilikdir. Ötən tur "Simurğ"la "Qarabağ" nisbətən zəif rəqiblərini məğlub edərək, paytaxt klubuna şərik olublar.

İlk dövrənin son oyunu Lənkəranda keçirilib. Xatırladaq ki, "Xəzər-Lənkəran" - "Bakı" matçı sentyabrın 19-da Lənkəranda güclü yağış yağdığından 11-ci dəqiqədə dayandırılmışdı. Odur ki, komandalar bu dəfə cəmi 79 dəqiqə oynamalı olublar. Qarşılaşma qələbə baxımından çox vacib olsa da, matç heç-heçə başa çatıb 1:1.

Son turun nəticələri: "Standard" - "Qəbələ" - 1:2, "Karvan" - "Xəzər-Lənkəran" - 0:2, "Simurğ" - "Turan" - 2:1, "Muğan" - "Bakı" - 0:1, "Neftçi" - "İnter" - 2:1, "Qarabağ" - "Olimpik-Şüvəlan" - 1:0.

Yeri gəlmişkən, bu həftə Premyer Liqada daha bir baş məşqçi dəyişikliyi baş verib. "Olimpik-Şüvəlan" klubunun baş məşqçisi Əsgər Abdullayev vəzifəsindən istefa verib. Onun yerinə Nazim Süleymanov təyin edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Cansun "flaqman"ı tərk etdi

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Bölmənin digər xəbərləri
 
"Araz" dördlər finalında!
Azərbaycan çempionu futzal tarixində görünməmiş uğura imza atdı

Dünya kubokunda iki nəfərlə qaldıq
Teymur Rəcəbov iki il əvvəlki aqibətini yenidən yaşadı

Hələ ki medal yoxdur
Gözlər bu gün ikiqat dünya çempionu Nizami Paşayevə dikilib

"Qalatasaray" dekabrın 9-da Bakıya gəlir
Bu il voleybol üzrə Avropa miqyaslı klub turnirlərində Azərbaycanı 5 komanda təmsil edəcək.

Bakı dünya çempionatı keçirmək istəyir
Çimərlik futbolu üzrə 2011 və 2013-cü illərdə keçiriləcək dünya çempionatlarının final mərhələlərini qəbul etməyə namizəd ölkələrin tam siyahısı müəyyənləşib.

Foqts və Sadıqov "Brilyant top"a namizədlərini verdilər
FİFA 2009-cu ilin ən yaxşı futbolçusunu təyin etmək üçün sorğu keçirir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər