Bu həftə Vəcihə Səmədova adına sərgi salonunda rəssam Natiq Əhmədzadənin fərdi sərgisi keçirilib. Rəssamlar İttifaqının təşəbbüsü ilə təşkil edilən sərgi rəssamın yubileyinə hərs edilib. Qurumun məlumatında bildirilir ki, 50 boyakarlıq nümunəsini nümayiş etdirən Natiq Əhmədzadə bu rəqəmi yaşı ilə uyğunlaşdırıb.
Xəbərdə qeyd olunur ki, 80-ci illərdən peşəkar rəssamlıq sənəti ilə məşğul olan Natiq Əhmədzadənin uğurlu sərgilərindən biri 1990-cı ildə İstanbulda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təşkil edilib. Bir sıra beynəlxalq sərgilərin iştirakçısı və qalibi olan yubliyarın tabloları hazırda Mədəniyyət və Turizm Nazirliyinin fondunda, eyni zamanda Rusiya, Türkiyə, ABŞ, Fransa, İngiltərə, İtaliya kimi ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
|