Kulinarlardan vətənə - 3 qızıl, 2 bürünc medal
 |
Cümə, 27.11.2009
|
|
mətn ölçüsü |
|
|
|
Azərbaycanlı kulinarlar daha bir uğura imza atıblar. Onlar ötən həftə Moldovada beynəlxalq mətbəx çempionatına qatılıblar və milli mətbəximizi yüksək səviyyədə təmsil ediblər. Çempionatın münsiflər heyəti onların çıxışını yüksək qiymətləndirərək, yüksək bala layiq görüb.
Kulinariya Mərkəzindən bildirilir ki, təmsilçilər vətənə 3 qızıl, 2 bürünc və 1 fərqlənmə diplomu ilə qayıdıblar. Xəbərdə bildirilir ki, aşpazlar 9 sinif yarışının hamısında yüksək nəticə göstəriblər.
Mərkəzin digər xəbərində isə xatırladılır ki, Belçikada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa Parlamentinin binasında keçirilən "Azərbaycan mətbəxi" günlərində milli mətbəximiz yüksək səviyyədə təqdim edilib.
|
|
|
Oxşar xəbərlər:
İrəvanda bir qələbənin tarixçəsi
Avropa çempionatına uğursuz başladıq
|
|
|