Tanınmış rus kinorejissoru Nikita Mixalkov yaxın günlərdə müharibə və dram janrında yeni film çəkilişlərinə başlayacaq. Rejissor baş rolda ünlü Hollivud aktrisası Ancelina Colini görmək istəyir. Rus mətbuatının yazdığına görə, çəkilişlər Moldovada aparılacaq. Film Rusiya, İtaliya və Moldovanın müştərək layihəsidir. Xəbərdə bildirilir ki, filmə hələlik "Məhəbbət və müharibə" adı verilib. Ekran işi 3 moldovalı qızın həyatından bəhs edir. Ancelina Colinin hələlik Mixalkova razılıq vermədiyi bildirilir.