Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Müsahibə zamanı aktyorluq etmək lazım deyil"
"Müsahibə zamanı aktyorluq etmək lazım deyil"
Şamil Süleymanov: "İnsan bütün ömrünü artist kimi yaşasa, dəli olar"
Cümə, 27.11.2009

Z.Rüstəm mətn ölçüsü  

"Mən 1973-cü ildə "Baladadaşın məhəbbəti" filminə çəkilsəm də, kinostudiyaya 1977-ci ildə işə götürüldüm. Həmişə özümə dərd edirdim ki, qocalandan sonra nə edəcəyəm, kim məni filmə çəkər? Amma bu gün çəkiliş meydanında, kamera qarşısındayam, mənim üçün ən böyük xoşbəxtlik də budur. Bir ara kinomuzun vəziyyətindən nigaranlıq vardı. Prezidentin məlum sərəncamından sonra isə kinomuzda dirçəliş başlayıb" - əməkdar artist Şamil Süleymanovla söhbətimiz onun bu sözləri ilə başlanır və davam edir.

- Bilirsiniz, kino kollektiv sənətdir. Hər çəkiliş qrupu bir ailə deməkdir. Rejissor aktyoru balası kimi sevməyəndə sənət əsəri yaranmır. Əgər film tamaşaçının xoşuna gəlirsə, bu, ilk növbədə rejissorun uğurudur. Biz aktyorlar əslində rejissorun artıq fikrində yaratdığı bir aləmi canlandırırıq. Bizim "Oskar"ı qazanan Rüstəm İbrahimbəyovumuz var. Həmin Rüstəm İbrahimbəyov özünün ali rejissor kursunu açıb, ora xaricdən böyük sənətkarları dəvət edir, onlar cavanlara təmənnasız dərs keçirlər.

- Bu gün Azərbaycan kinosunun ən böyük problemi, sizcə, nədir?

- Kinomuzun çatışmayan cəhətlərindən danışsaq, uzun bir siyahı alınar. Nəyimiz var, onu da desək, yenə eyni vəziyyət. Problemsiz sənət yoxdur. Mən həmişə deyirəm: nə yaxşı ki, bizim kino sənətimizin problemi var və onları həll etməyə indi gücümüz çatır. Bu gün uzun fasilədən sonra "Cavad xan", "Hökmdarın taleyi", "Günaydın, mələyim", "Ehram TV" çəkilib. Düzdür, hələlik avadanlıqlar köhnədir, amma indi yenilənir.

REKLAM

Bu gün işığımız yanır, başımıza yağış dammır, amma son vaxtlara qədər buna həsrət idik.

- Doğrudanmı, kinonun taleyini maliyyə müəyyənləşdirir?

- Başqa sənətləri deyə bilmərəm, amma kinoda maliyyə həlledicidir. Düzdür, böyük maliyyəni heçə endirmək, cüzi vəsait və böyük əziyyət hesabına uğur qazanmaq da olar. Kiçik maliyyə ilə gözəl ekran əsəri yaratmaq mümkündür, amma onu heç kim tanımayacaq. Atalar sözümüz var, yetim quzudan qoç olmur, yəni film çəkməklə iş qurtarmır, xərc çəkib onu festivallara aparmaq, beynəlxalq səviyyəyə çıxarmaq, reklamını təşkil etmək və sair bu kimi işləri də görmək lazımdır. Bütün bunları isə maliyyə həll edir. İndi kinomuza maliyyə ayrılır. Vaxt vardı, gözünün yaşını tökürdün ki, axı bu lazımdır. İndi özləri deyirlər ki, siz təkliflərinizi verin.

- Sizin belə bir fikriniz var ki, "rolun böyük-kiçiyi yoxdur" deyənlər "qoy böyük rolu mənə versinlər" deyirlər. Sizi indi hansı filmə, necə rola dəvət edirlər?

- Fikrət Əliyevin çəkdiyi "Ölüm növbəsi" filmində baş rola çəkilmişəm. Bakı həyatından bəhs edən bu filmdə mən sevənlərə arxa-dayaq oluram. Adətən aktyorlar tamaşaçını çaşdırmaq, bəlkə də özünütərif məqsədilə deyirlər ki, çəkiliş vaxtı gecələr yatmadıq, gündüzlər dincəlmədik. Başa düşmürəm, yuxusuz çəkilən filmin nə keyfiyyəti? Mən çəkiliş vaxtı gecələr daş kimi yatıram. İnanın, elə hamı belə yatır. Və ya götürək rol məsələsini. Danışan deyir ki, rolun böyüyü-kiçiyi yoxdur, aktyorun böyüyü-kiçiyi var. Mən 35 ildir bu sənətdəyəm, hələ görməmişəm ki, bir aktyor böyük roldan imtina etsin. Hələ heç kim deməyib ki, mən epizodik rola çəkilmək istəyirəm, o böyük rolu Şamilə verin.

- Belə qeyri-səmimi söhbətlər nədən yaranır, aktyor özünü əlçatmaz göstərmək istəyir, yoxsa sənətini?

- Şair şeir yazanda öz hissləri ilə təkbətək olur, amma bu, o demək deyil ki, ömrü boyu heç kimi dindirib-danışdırmasın, deyib-gülməsin. Aktyor səhnədə, çəkiliş meydanında aktyordur. Müsahibə verəndə, danışanda, söhbət edəndə rol oynamaq, aktyorluq etmək nəyə lazımdır? İnsan bütün ömrünü artist kimi yaşasa, dəli olar. Bir ara ədəbiyyatımızda kənd həsrəti ilə şeirlər yazılırdı, kim onları kəndə getməyə qoymurdu ki? Kənddən ötrü darıxan bilet almaq əvəzinə, oturub şeir yazırdı. Belə şeirlə ədəbiyyat yaratmaq nə qədər gülüncdürsə, "gecə yatmadıq", "çəkilişdə atdan yıxıldıq", "yağışa düşdük" söhbətləri ilə də kino haqqında təsəvvür yaratmaq istəyi o qədər yersizdir.

- Bir ara sizi teleproqramlarda, kliplərdə gördük. Bunlar nə idi və bu fəaliyyətinizi davam etdirmək fikriniz varmı?

- Televiziya verilişlərinin birinin aparıcısı idim. Proqramdan film çəkilişlərinə görə ayrıldım. Klip çəkilişlərinə maddi baxımdan çox, mənəvi ehtiyacım olub. Klip çoxbilmişləri hərdən nəyisə göstərib məəttəl qoymağı çox xoşlayırlar. Onlara elə gəlir ki, hər şeyi bilirlər. Amma mən dəqiq bilirəm ki, hər şeyi bilmirəm, amma bildiyim bir məsələ var. Peşəkarın bildiyi bu bir məsələni heç kim onun əlindən ala bilməz. Bu, Allah vergisi, aktyor səmimiyyəti və təcrübədir.

- Son Azərbaycan filmlərindən hansına baxmısınız və ümumiyyətlə, kinolara tamaşa etməyi xoşlayırsınızmı?

- Baxdığım son filmlərdən biri Oqtay Mirqasımovun "Günaydın, mələyim"idir. Bu filmdə mən də çəkilmişəm. Kino işçilərinin müsahibələrdə tez-tez təkrarlamağı xoşladığı məşhur aktyorların adlarını mən də bilirəm, o aktyorların ifasından xəbərim var, amma kinolara baxmağı sevmirəm.

- Deyirlər, kinoda əsas məsələ yadda qalmaqdır...

- Elə buna görə də kinoaktyorlarda bir növ "yadda qalmaq xəstəliyi" yaranıb. Yadda qalmaq üçün aktyor kamera qarşısında yersiz, artıq hərəkət edir, adi sözləri uzada-uzada danışır, gözlərini müxtəlif şəklə salır, mənasız replikalar artırır. Elə buna görə də məqsədi yadda qalmamaq olan bir rol oynamaq istəyirəm. Yadda qalmaq üçün aktyorun canfəşanlığı çox vaxt yadda qalmaq xatirinə yadda qalmaqla nəticələnir. Amma kino təbiiliyi sevir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq

Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir

Ombudsman Şəkidə olub

"Qurdlar vadisi"nin 44 yaşlı aktyoru evlənir

Aktyor Yasin Qarayevin ssenarisi ekranlaşdırılır

Bölmənin digər xəbərləri
 
"Mədəniyyət sahəsinə ayrılan vəsait qaneedicidir"
Nizami Cəfərovun fikrincə, maliyyə böhranı mədəniyyət sahəsinə təsir göstərməyib

"Yaşıl gözlü qız"ın Yer macəraları
Azərbaycanlı müəllif Ankarada ədəbi yarışmada üçüncü olub

Gənc ifaçı Səbinə Babayeva:"Səhnəyə kiminləsə rəqabət aparmağa gəlməmişəm"
Və daha da populyarlaşmaq üçün planlar cızmır

Ancelina Coli Mixalkovun filmində çəkilə bilər
Aktrisa hələlik fikrini bildirməyib

Cenifer Lopez və Mark Antoni məhkəməyə verildi
Onların köpəyi bir xanımı dişləyib. Zərərçəkmiş qadın 5 milyon dollar təzminat istəyir

Kulinarlardan vətənə - 3 qızıl, 2 bürünc medal
Azərbaycanlı kulinarlar daha bir uğura imza atıblar.

"Məmməd Əmin Rəsulzadə. Əsərlərinin və məktublarının toplusu"
Moskvanın "Flinta" nəşriyyatında tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunun elmi əməkdaşı Salavat İshakovun yeni kitabı işıq üzü görüb.

İrəvan Teatrının kollektivi Gürcüstana səfər edəcək
Azərbaycan Dövlət İrəvan Dram Teatrının kollektivi yaxın günlərdə Gürcüstana qastrol səfərinə hazırlaşır.

Natiq Əhmədzadənin fərdi sərgisi
Bu həftə Vəcihə Səmədova adına sərgi salonunda rəssam Natiq Əhmədzadənin fərdi sərgisi keçirilib.

Arif Quliyev - 40 il səhnədə
Xalq artisti, gülüş ustası Arif Quliyev yaradıcılığının 40 illik yubileyini qeyd edəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər