Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Gənc ifaçı Səbinə Babayeva:"Səhnəyə kiminləsə rəqabət aparmağa gəlməmişəm"
Gənc ifaçı Səbinə Babayeva:"Səhnəyə kiminləsə rəqabət aparmağa gəlməmişəm"
Və daha da populyarlaşmaq üçün planlar cızmır
Cümə, 27.11.2009

Sevinc İsmayıl mətn ölçüsü  

Beynəlxalq Müsabiqələr laureatı, gənc ifaçı Səbinə Babayeva ölkəmizin ifa sənətini dəfələrlə beynəlxalq müsabiqələrdə təmsil etmiş və uğurlara imza atmışdır. Əlbəttə, Səbinənin qazandığı uğur kimi, hər bir müvəffəqiyyət ölkəmizin musiqi mədəniyyətinin aktivinə yazılır. Amma onun haqqında, demək olar, heç nə bilmirdik. Görüşümüzdə, təbii ki, sənətçinin özü və sənət uğurlarının təfsilatı barədə danışmasını xahiş etdik.

Səbinə Babayeva Bakı şəhərində, hərbçi və pianoçu ailəsində göz açmışdır. Hələ 10-12 yaşlarında ikən Konservatoriyanın nəzdində fəaliyyət göstərən "Şən notlar" xorunda oxumuşdur. Məktəbi bitirəndən sonra Dağıstan Universitetinin hüquq fakültəsinə qəbul olunub. Amma musiqiyə həvəsi üstün gəlib. Daha sonra burada A.Zeynallı adına Musiqi Texnikumunun vokal sinifinə qəbul olunmuş və bu musiqi təhsili ocağını bitirmişdir.

Səbinə Babayeva danışır:

- 1999-cu ildə musiqi müəssisələri arasında keçirilən "Dalğa", "Xarici mahnının ən yaxşı ifası" nominasiyasında müsabiqənin 1-ci mükafat laureatı olmuşam. Mən həmçinin "Qızıl şlyager 99" adlı Beynəlxalq müsabiqənin 3-cü mükafat laureatıyam. 2000-ci ildə "Diplom for the participation in Charity Concerts dedicated to the İnternational Day İnnocent Children victims of aggeression and UN Programme for the İnternational year of Culture of Peace 2000" aldım.

Daha sonra mən İkinci Dünya müharibəsinin 55-ci ildönümünə həsr olunmuş "Brest 2000" adlı beynəlxalq festivalda ən yaxşı vətənpərvər mahnı ifasına görə 1-ci mükafat laureatı seçildim. 2001-ci ildə "Qızıl açar 2001" Respublika İfaçılar Müsabiqəsində yenə də laureat oldum. Eyni zamanda "Amberstar-2009" beynəlxalq müsabiqəsində Qran-pri sahibi oldum. 2004-cü ildə 10 seriyalı "Bəyaz həyat" filminin soundtrekini ifa etmişəm. Hal-hazırda ÜNS teatrında çalışıram və "Noterdam De Pari" müziklində oxuyuram.

- Bəs sonuncu qalibiyyətiniz barəsində nə deyə bilərsiniz? Bu yaxınlarda beynəlxalq müsabiqədə iştirak edib Qran Pri qazandığınızı öyrəndik...

- İlk Qran-Pri Latviyada keçirilən "Amberstar- 2009" VII Beynəlxalq Televiziya müsabiqəsində idi. Mən "Adajio" kompozisiyasını ifa etdim və "Modern Classic" nominasiyasında qalib gəldim.

REKLAM

Jüriyə Latviya Dövlət Opera Teatrının solisti Eva Vilüma, italyan bəstəkarı və müğənnisi Karlo Kori, Finlandiya Dövlət Televiziyasının prodüseri Tahir Əliyev, Rusiyanın Əməkdar artisti Boris Moiseyev, Rusiyanın əməkdar artisti Nikolay Baskov Latviya Dumasında millət vəkili, mədəniyyət və təhsil komitəsinin üzvü Ruslan Pankratov daxil idi.

Daha sonra mən Turizm və İdman Nazirliyi tərəfindən Kişinyovda keçirilən Gənclər Forumunda iştirak üçün təklif aldım. Orada öyrəndim ki, "Slavyan ulduzu" adlı beynəlxalq müsabiqə var və bu müsabiqədə MDB ölkələri iştirak edir. Müsabiqənin mütləq şərti mahnının rus dilində ifa edilməsidir. Müsabiqə ənənəvi olaraq, artıq 10-cu dəfə keçirilir, amma Azərbaycan bu müsabiqədə birinci dəfə iştirak edirdi. Mən "31 iyun" adlı filmin soundtrekini yeni orijinal aranjimanda ifa etdim və çox da uğurlu alındı. 26 iştirakçı arasında birinciliyi qazanmağa nail oldum. Onu da mütləq qeyd etmək istəyirəm ki, məni həmkarlarım - Xalq artisti Faiq Ağayev və Aysel Teymurzadə təbrik etdilər.

- Bəs karyeranızın başlanğıcı haqqında nələri söyləyə bilərsiniz?

- Karyeram 1998-ci ildən, yerli və beynəlxalq müsabiqələrdə iştirakımdan başladı. Amma böyük populyarlığı mən "Bəyaz həyat" serialının soundtrekini ifa etdikdən sonra qazandım. Bir ara müəyyən səbəblərə görə Moskvada yaşayıb çalışırdım. Qayıdandan sonra Vaqif Gərayzadənin "Aypara" qrupuna daxil oldum. Əlbəttə ki, Vaqif müəllim qeyri-adi insandır. O, hərtərəfli istedada malik sənət adamıdır və onunla çalışmaq çox maraqlıdır.

- Hazırda nə üzərində çalışırsınız?

- Bir neçə yerli və xarici kompozisiyalar üzərində çalışıram. Onlar aranjiman mərhələsindədir. Amma mən bizim klassikaya, Niyazinin "Arzu" əsərinə, Üzeyir Hacıbəylinin "Sevgili canan" romansına müraciət etmək arzusundayam.

- İşdə hansı prinsipləriniz var? Populyarlığı qazanmaq çətindirmi və musiqi aləmində, sənin ətrafında olan rəqabəti hiss edirsənmi?

- Mənim Anar Nağılbaz, "Dəyirman" qruppu, Röya ilə duetlərim olub. Hər kəsnən çox gözəl münasibətdəyəm. Səhnəyə kiminləsə rəqabət aparmağa gəlməmişəm. Və daha çox populyar olmaq üçün xüsusi planlar cızmıram. Düşünürəm ki, sadəcə, hər şey üçün zaman lazımdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Zülfiyyə Xanbabayeva: "Tamaşaçıların zövqü çaşıb, çünki mahnılarda bir yadlıq yaranıb"

Bölmənin digər xəbərləri
 
"Mədəniyyət sahəsinə ayrılan vəsait qaneedicidir"
Nizami Cəfərovun fikrincə, maliyyə böhranı mədəniyyət sahəsinə təsir göstərməyib

"Yaşıl gözlü qız"ın Yer macəraları
Azərbaycanlı müəllif Ankarada ədəbi yarışmada üçüncü olub

"Müsahibə zamanı aktyorluq etmək lazım deyil"
Şamil Süleymanov: "İnsan bütün ömrünü artist kimi yaşasa, dəli olar"

Ancelina Coli Mixalkovun filmində çəkilə bilər
Aktrisa hələlik fikrini bildirməyib

Cenifer Lopez və Mark Antoni məhkəməyə verildi
Onların köpəyi bir xanımı dişləyib. Zərərçəkmiş qadın 5 milyon dollar təzminat istəyir

Kulinarlardan vətənə - 3 qızıl, 2 bürünc medal
Azərbaycanlı kulinarlar daha bir uğura imza atıblar.

"Məmməd Əmin Rəsulzadə. Əsərlərinin və məktublarının toplusu"
Moskvanın "Flinta" nəşriyyatında tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunun elmi əməkdaşı Salavat İshakovun yeni kitabı işıq üzü görüb.

İrəvan Teatrının kollektivi Gürcüstana səfər edəcək
Azərbaycan Dövlət İrəvan Dram Teatrının kollektivi yaxın günlərdə Gürcüstana qastrol səfərinə hazırlaşır.

Natiq Əhmədzadənin fərdi sərgisi
Bu həftə Vəcihə Səmədova adına sərgi salonunda rəssam Natiq Əhmədzadənin fərdi sərgisi keçirilib.

Arif Quliyev - 40 il səhnədə
Xalq artisti, gülüş ustası Arif Quliyev yaradıcılığının 40 illik yubileyini qeyd edəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər