Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
"Medilüks": həyatla oyun seansları
"Medilüks": həyatla oyun seansları
Cümə, 27.11.2009


Aynur Bəşirli
mətn ölçüsü  

Bir neçə gün əvvəl şəhərin gur küçələrindən birində arxamca gələn iki nəfərin söhbətini eşitdim: "İndi qaldı uşaq üçün qab-qacaq almaq". İxtiyarsız arxaya döndüm: bunu gələcək ana gələcək ataya deyirdi. Həmin anda özümü: "Qab-qacaq nədir, buna vaxt sərf etməyin. Əsas həkim, bir də normal doğum evidir. Onları düz seçin. Çaşıb birdən "Medilüks"ə gedərsiniz" - deməkdən güclə saxladım.

Onlar məni başa düşərdilərmi?..

Onlar haradan biləydilər ki, bu gözəl günəşli gündə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində bir çağa on birinci gündür ki, yalnız süni tənəffüs aparatının hesabına yaşayır. On birinci gündür ki, mənim gözümə heç nə görünmür...

Bu yazını yazacağıma, əslində, körpə hospitalizasiya olunan gecə qərar vermişdim. Elə buna görə də səhəri gün hamı ilə zəngləşmiş, bir gün sonra isə görüşmüşdüm. Bilirdim ki, bu hadisədən insan kimi çəkdiklərim peşəkar kimi etməli olduqlarımı üstələməməlidir. Ən azından hamı ilə görüşməliyəm, hamıya suallarımı verib qulaq asmalıyam. İndi körpə dünyasını dəyişəndən sonra bu hadisənin iştirakçılarının səsləri yazılmış kasetə qulaq asmaq mənim üçün nə qədər ağır olsa da, dünyaya gələcək bütün körpələr naminə bu yazını yazmaq, suallara cavab tapılmasa da, onları təkrar-təkrar vermək lazımdır.

"Medilüks"də 21 saat...

O, övladı olacağını biləndə bütün analar kimi ilk növbədə doğum evi barədə düşündü. 2004-cü ildə Respublika xəstəxanasında ilki dünyaya gələndə özünə söz vermişdi ki, qismət olsa, gələn dəfə mütləq özəl klinikaya gedəcək. Biləndə ki, həkimi Sevil Nəcəfova həm də "Medilüks"də çalışır, buranı seçdi. Bəlkə də "lüks" sözü onu aldatdı. amma ağlına da gəlməzdi ki, məhz burada onu lüks yox, həyatının ən böyük sarsıntılarından biri gözləyir...

Hələliksə hər şey öz qaydası ilə gedirdi.

Körpə "Medilüks"də dünyaya gəldi: 2009-cu ilin noyabr ayının 3-də, axşam saat 11-də.

REKLAM

Ona körpəni göstərdilər, normal uşaq idi. Yadında qalan bu oldu ki, uşağın burnunda su vardı. Tibb bacısı dedi ki, uşaq dölətrafı su udub. O, suyu çəkib. Sevil xanımdan bildiyi bu oldu ki, cift bir dəfə uşağın boğazına dolanıbmış. Amma indi hər şey normaldır: 3 kilo 400. Boyunu demədilər. Sonra uşağı palataya apardılar. O isə rahat nəfəs alıb yatdı...

Səhər görəndə ki, uşağı gətirmirlər, özü palataya getdi. Körpə küvezdə idi, ona maska taxılmışdı. Neonatoloq Zeynəb xanım dedi ki, uşağın tənəffüsü xoşuna gəlmir. Həkim gileylənirdi ki, onu gecə vaxtı çağırmayıblar...

Sonra hər şey ildırım sürəti ilə baş verdi. Yadında qalan odur ki, həkim daim körpənin başının üstündə idi. O, körpəni Elmi-Tədqiqat Pediatriya İnstitutuna aparmağı təklif edəndə razılaşmadılar, dedilər ki, özümüz vəziyyətdən çıxararıq. Saat 12 ərəfəsində o dedi ki, konsultasiya üçün başqa həkim dəvət etmək istəyir. Bu təklif də etirazla qarşılandı. Günorta saat 2 olardı, onu rahatladılar ki, körpənin vəziyyəti stabilləşir. O sakitləşdi, bütün qohumlara da elə belə də dedi: vəziyyət sabitləşir. Amma elə o ərəfələrdə körpəyə süni tənəffüs vermək üçün baş həkim Nazim Allahverdiyev ambu aparatı gətirdi. Körpəyə əllə süni tənəffüs verməyə başladılar. Saat 4-ə işləyəndə o hiss etdi ki, vəziyyət stabilləşənə oxşamır. Yalnız indi kənardan həkim gətirməyə razılıq verildi. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Rüstəm Hüseynov gələndə saat beşi keçmişdi. Doktor Hüseynovun qərarı birmənalı idi: "Körpə təcili hospitalizasiya olunmalıdır".

Axşam saat 10 radələrində uşağı valideynləri Mərkəzi Klinik Xəstəxanaya (MKX) "Mediclub"ın ambulansı ilə özləri köçürdülər. Körpə xəstəxanaya çatanda onun qanında doymuş oksigen 30 faiz idi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Oxşar xəbərlər:

İlkin Nəzərov: Səhiyyə xərclərində dövlətin payı çox aşağıdır - cəmi 25 faiz

Bakıda gizli böyrəkköçürmə əməliyyatları?

Bölmənin digər xəbərləri
 
Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı
Bakının bu sənədə nə cavab verdiyi də bəlli oldu

SDİ ədalətsiz qərarlar çıxaran hakimlərin adlarını elan etdi
Leyla Yunus: "Hakimlər qərarı ya aldıqları rüşvət, ya da siyasi sifariş əsasında çıxarırlar"

Sosial sahə yeni qanunlarla tənzimlənəcək
Milli modelimizin yaradılacağı vəd edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər