Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Sosial sahə yeni qanunlarla tənzimlənəcək
Milli modelimizin yaradılacağı vəd edilir
Cümə, 27.11.2009

Aynurə mətn ölçüsü  

Sosial sahədə yeni qanunlara ehtiyac var. Bu zərurəti hiss edən müvafiq qurumlar müxtəlif sənədlər üzərində işləyirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Sosial xidmət haqqında", "Təqaüdlər haqqında" qanun layihələri üzərində işləyir. Nazirliyin yoxsulluq problemləri və ÜSY siyasəti şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, "Sosial xidmət haqqında" qanun günərzi qayğı mərkəzlərinin təşkilinə, bu yöndə nəzərdə tutulan işləri gerçəkləşdirməyə imkan verəcək: "Bu gün tənhalara, ahıllara, qocalara sosial xidmət göstərmək üçün bir qanun mövcuddur. Amma beynəlxalq standartlara uyğun "Sosial xidmət haqqında" qanunun qəbuluna ehtiyac var".

Xidmət növləri isə genişdir. Natiq Qasımovun sözlərinə görə, burada məişət, hüquq, təhsil, reabilitasiya xidmətləri yer ala bilər: "Bu xidmətləri həyata keçirmək üçün müvafiq qurumlar olmalıdır. Hazırda bu istiqamətdə iş aparılır. Qanunun strukturunu artıq yaratmışıq. Mənə elə gəlir qanunu gələn il qəbul edə biləcəyik".

Hazırlanan sənədlərdə uşaqların müdafiəsinə də diqqət yetirilib. "Uşaqların müdafiəsi sahəsində son illər ölkəmizdə çox mühüm işlər görülüb. Bu sahədə bir sıra qanunlar, Nazirlər Kabinetinin qərarları ilə təsdiq olunmuş qaydalar mövcuddur. Bu il "Uşaq ili"dir. 3 ildə görülmüş işlərin başa çatdırılması və konkret addımların atılmasının vaxtı çatıb" - bu sözləri də Natiq Qasımov dedi. Onun sözlərinə görə, beynəlxalq təcrübədə tərbiyə müəssisələrindən çıxmış yeniyetmələrin hüquqlarının təminatı sahəsində müəyyən qayda və hüquqlar var. Bu baxımdan Azərbaycanda da nəzərdə tutulan xidmətlərdən biri yeniyetmələrin hüquqlarının qorunması ilə bağlıdır: "Düşünürəm ki, biz qanunvericilikdə müəyyən dəyişikliklər etsək, bu, mövcud problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək".

Nazirlik rəsmisi uşaqların müdafiəsi ilə bağlı məsələlərin beynəlxalq təcrübə əsasında nəzərdən keçirildiyini vurğulayır: "İnkişaf etmiş ölkələrin təcrübəsini öyrənmişik və artıq müvafiq təcrübələr əldə etmişik. Amma bu o demək deyil ki, əldə etdiyimiz təcrübəni Azərbaycanda tətbiq etməliyik. Biz öz modelimizi, milli qanunvericilik bazamızı yaratmalıyıq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ölkənin iqtisadi inkişaf modeli hazırlanır

Azərbaycandakı həbs Avropanı "silkələdi"

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Modelyer-dizayner Gülnarə Xəlilova: "Milli kolleksiyam mənim ən böyük varlığımdır"

Gənc bloqçuların azad edilməsi tələb edilir

Bölmənin digər xəbərləri
 
Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı
Bakının bu sənədə nə cavab verdiyi də bəlli oldu

SDİ ədalətsiz qərarlar çıxaran hakimlərin adlarını elan etdi
Leyla Yunus: "Hakimlər qərarı ya aldıqları rüşvət, ya da siyasi sifariş əsasında çıxarırlar"

"Medilüks": həyatla oyun seansları
Bir neçə gün əvvəl şəhərin gur küçələrindən birində arxamca gələn iki nəfərin söhbətini eşitdim: "İndi qaldı uşaq üçün qab-qacaq almaq".



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər