Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
SDİ ədalətsiz qərarlar çıxaran hakimlərin adlarını elan etdi
SDİ ədalətsiz qərarlar çıxaran hakimlərin adlarını elan etdi
Leyla Yunus: "Hakimlər qərarı ya aldıqları rüşvət, ya da siyasi sifariş əsasında çıxarırlar"
Cümə, 27.11.2009

Elçin mətn ölçüsü  

Azərbaycanda məhkəmələr icra hakimiyyətindən asılıdır, bundan da irəli gələrək, hakimlər qərarı ya aldıqları rüşvət, ya da siyasi sifariş əsasında çıxarırlar - bu sözləri Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri L.Yunus dünən ölkə məhkəmələrindəki qanunsuzluqlarla bağlı Media Mərkəzində təşkil etdiyi mətbuat konfransında söylədi. SDİ rəhbəri Leyla Yunus 2007-2009-cu illər ərzində ölkədəki məhkəmə proseslərinin monitorinqini apardıqlarını, qanunsuzluqları üzə çıxardıqlarını və prosesləri qiymətləndirdiklərini bildirib. Tədbirdə jurnalistlərlə və əmlakın qanunsuz mənimsənilməsi ilə bağlı məhkəmə prosesləri diqqət mərkəzində olub. Eyni zamanda, SDİ rəhbəri L.Yunus Azərbaycanda hakimlərin qərarçıxarma "mexanizmi"ni də açıqladı.

SDİ rəhbəri hazırda jurnalistlər Qənimət Zahid, Eynulla Fətullayev, Müşfiq Hüseynov, bloqçular Adnan Hacızadə və Emin Millinin həbsdə olduqlarını deyərək, bu şəxslər barəsində çıxarılan məhkəmə qərarlarını ədalətsiz adlandırdı.

Eyni zamanda, SDİ rəhbəri son iki ildə vətəndaşların əmlaklarının əllərindən alınmasının geniş miqyas və kütləvi şəkil almasına diqqət çəkib. Əksər hallarda məhkəmələrin qanunsuz qərar çıxardığını deyən Leyla Yunus təsadüfən ədalətli qərar çıxarılanda həmin qərarın da daha yuxarı məhkəmə instansiyası tərəfindən ləğv edildiyini bildirdi.

"Vətəndaşların əmlakı ən çox "arxalı şirkətlər" tərəfindən mənimsənir və qanun bu şirkətlərə heç vaxt gücünü göstərə bilmir", - deyə vəkil Fuad Ağayev əmlak məsələlərilə bağlı məhkəmə proseslərinə toxununb. Onun sözlərinə görə, bu şirkətlər mənimsəmək istədikləri mənzil və binaların qəzalı olması barədə məhkəmələrdə iddiaçı kimi çıxış edir və sonra da həmin əmlaklara sahib olurlar. Vəkil əmlak sahiblərinə dəyərindən dəfələrlə aşağı kompensasiyalar təklif olunduğunu, razılaşma olmadıqda isə təzyiq, hədə-qorxu metodunun işə salındığını söyləyib.

Tədbirdə qanunsuz qərarlar çıxaran hakimlərə qarşı cəza məsələləri də diqqət mərkəzində olub. Ədalətsiz qərar çıxaran hakimlərə qarşı CM-in 295-ci maddəsinin tətbiqi məsələsi müzakirə edilsə də, bunun indiki halda mümkünsüz olduğu qənaəti daha çox vurğulandı.

Sonda ədalətsiz qərar çıxaran hakimlərin adları açıqlandı. Bu sırada Yasamal rayon Məhkəməsinin hakimləri İsa İsmayılov, Xaqani Tağıyev, Südabə Məmmədova, Səbail rayon Məhkəməsinin hakimləri Rauf Əhmədov, Famil Nəsibov, Nurəddin Bağırov, Elnur Həsənov, Araz Hüseynov, Əzizbəyov rayon Məhkəməsinin hakimləri Fatma Miriyeva, Rəşad Həsənov, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Həmid Həmidov, Abid Abdinbəyov, Rəsul Səfərov, Mirpaşa Hüseynov, Camal Ramazanov, Qail Məmmədov, Ali Məhkəmənin hakimləri Hacıbala Sadıqov və Şahin Yusifovun adları çəkildi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı
Bakının bu sənədə nə cavab verdiyi də bəlli oldu

Sosial sahə yeni qanunlarla tənzimlənəcək
Milli modelimizin yaradılacağı vəd edilir

"Medilüks": həyatla oyun seansları
Bir neçə gün əvvəl şəhərin gur küçələrindən birində arxamca gələn iki nəfərin söhbətini eşitdim: "İndi qaldı uşaq üçün qab-qacaq almaq".



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər