çap et  
Narışkin Bakıda mərasimlərdə iştirak edəcək
Narışkin Bakıda mərasimlərdə iştirak edəcək
O cümlədən "Rus kitabı evi"nin açılışında
Şənbə, 21.11.2009


RF Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin noyabrın 22-də axşam Bakıya gəlir. Noyabrın 23-də Narışkini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək. Həmçinin o, azərbaycanlı həmkarı Ramiz Mehdiyevlə danışıqlar aparacaq. Bu barədə "Turan"a diplomatik mənbədən bəlli olub.

Narışkin Bakıda Zivər Əhmədbəyov küçəsində yerləşən (keçmiş karamel fabrikinin yanında) "Rus kitabı evi"nin açılışında, habelə Rusiya "Vneştorqbank"ın törəmə qurumu olan "VTB Azərbaycan" bankının rəsmi açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Narışkin MDU-nun filialına baş çəkəcək.