Azərbaycan-Amerika Şurası bloggerlər barəsində hökmü pisləyir
|
Şənbə, 21.11.2009
|
|
mətn ölçüsü |
|
|
|
İki ölkə vətəndaşlarını birləşdirən Azərbaycan - Amerika Şurası Bakı məhkəməsinin bloggerlər Adnan Hacızadə və Emin Milli barəsində hökmünü pisləyib ("Turan").
ABŞ ərazisində fəaliyyət göstərən bu təşkilatın bəyanatında deyilir ki, hər iki gənc fəal Azərbaycan hökumətini korrupsiyaya və vətəndaş hüquqlarının pozulmasına görə tənqid edirdilər.
ATƏT, Avropa Şurası, Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi və s. də daxil olmaqla, bir çox beynəlxalq təşkilatlar bloggerlər barəsində hökmü kəskin tənqid edib və pisləyib. ABŞ dövlət departamenti bu iş üzrə istintaqın şəffaf aparılmaması və uyğunsuz hökm çıxarılması ilə bağlı təəssüfünü ifadə edib.
Bu hökm demokratiya sahəsində geriyə doğru addım oldu və onsuz da söz azadlığını və vətəndaş hüquqlarını pozan bir ölkə kimi mənfi imici olan Azərbaycanın nüfuzuna daha çox xələl gətirir.
"Bununla əlaqədar olaraq, AAŞ bir daha bloggerlərin işinə təkrarən Azərbaycan Konstitusiyasına və ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq ədalətli və şəffaf şəraitdə baxmağa çağırır", - deyə bəyanatda bildirilir.
|
|
|
Oxşar xəbərlər:
Azərbaycandakı həbs Avropanı "silkələdi"
Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir
Gənc bloqçuların azad edilməsi tələb edilir
ABŞ-dan bloggerlərə azadlıq tələbi
Seyid Cəfər Pişəvəri yad edildi
|
|
|