Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bələdiyyə sədri üç il iş aldı
Bələdiyyə sədri üç il iş aldı
Mənimsəmə və ya israfetmə, vəzifə səlahiyyətlərini aşma, rüşvət və səhlənkarlıq...
Şənbə, 21.11.2009

S.Abbas mətn ölçüsü  

Bələdiyyə seçkiləri ərəfəsində qanunsuz olaraq torpaq satmaqda ittiham olunan bələdiyyə sədrinə həbs cəzası verildi. Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ələkbər Quliyevin sədrliyi ilə Binəqədi rayonundakı Xocasən bələdiyyəsinin sədri Zəfər Məsimova hökm oxunub. Məhkəmədən "Turan"a verilən məlumata görə, bələdiyyə sədri CM-nin mənimsəmə və ya israfetmə (179), vəzifə səlahiyyətlərini aşma (309), rüşvət alma (311) və səhlənkarlıq (314) maddələri ilə ittiham olunaraq, 3 il azadlıqdan məhrum edilib.

Məsimov 2007-ci ildə Binəqədi rayonunda dövlət mülkiyyətinə məxsus 400 kv.metrlik torpaq sahəsini qanunsuz olaraq Xanlar Dadaşovun istifadəsinə verməkdə təqsirli bilinib. Məsimovun işi üzrə istintaq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

Xatırladaq ki, 2008-ci ildə 15 bələdiyyə ilə bağlı materiallar prokurorluq orqanlarına təqdim edilib. Bələdiyyələr tərəfindən qanunsuz ayrıldığı müəyyən edilən 6 min hektardan çox torpaq sahəsinin geri qaytarılması təmin olunub.

Qeyd edək ki, Z.Məsimov yalnız qanunsuz olaraq torpaq satmaqda deyil, həm də 15 min manat bələdiyyə vəsaitini mənimsəməkdə ittiham olunurdu.

Belə ki, son 10-15 ildə azı 100 dəfə böyüyən Xocasən qəsəbəsi əsasən Neft Şirkətinin Binəqədi rayonundakı 4-cü mədən sahəsi ərazisində salınıb. Əslində Neft Şirkətinə məxsus olan torpaqlar ya həqiqi, ya da saxta sənədlərlə Xocasən bələdiyyəsi tərəfindən sakinlərə satılıb. Uzun illər davam edən bu alğı-satqının əsas ziyanını da bu ərazilərdə ev tikən insanlar görüblər. Dəfələrlə Neft Şirkətinin əməkdaşları və digər aidiyyəti icra hakimiyyəti orqanları da qanunsuz olaraq, yəni hər hansı bir məhkəmə qərarı və ya kompensasiya verilmədən əhalinin evlərini və daş hasarlarını uçurublar. Həmin proses bu gün də davam edir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"AQO" monitorinq qrupu Bakıya gəlir
Məqsəd - AŞ qarşısında götürülən öhdəliklərin durumu ilə tanış olmaq

Azərbaycan-Amerika Şurası bloggerlər barəsində hökmü pisləyir
İki ölkə vətəndaşlarını birləşdirən Azərbaycan - Amerika Şurası Bakı məhkəməsinin bloggerlər Adnan Hacızadə və Emin Milli barəsində hökmünü pisləyib ("Turan").

Prezident Goranboyda olub
Cümə günü dövlət başçısı İlham Əliyev Goranboy rayonuna səfər edib.

Narışkin Bakıda mərasimlərdə iştirak edəcək
O cümlədən "Rus kitabı evi"nin açılışında

SUBARUDAN HƏDİYYƏLƏR DAVAM EDİR...
Subaru Avtomobil Mərkəzi öz müştərilərini yeniliklərlə sevindirməkdə davam edir!
İndi Subaru sahibi olmaq istəyən alıcıların yanacaq çənləri boş qalmayacaq! Legacy, İmpreza, Yeni Forester, Tribeca və Outback modellərini alan hər kəsə Subaru Avtomobil Mərkəzi tərəfindən 500 litr hədiyyə edilir.




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər