Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Dağıstan: etnomafiyaların prezidentlik rəqabəti
Dağıstan: etnomafiyaların prezidentlik rəqabəti
Moskva kimi dəstəkləyəcək?
Şənbə, 21.11.2009

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi (AMSTM), e
mətn ölçüsü  

Dağıstanda 2006-cı il fevralın 26-da ilk dəfə prezident seçkisi keçirildi. Milliyyətcə avar olan Muxu Əliyevin bu kürsüyə sahib olmasını çoxları rəğbətlə qaşıladı. Çünki Muxu Əliyev uzun illər sovet-partiya nomenklaturasında, eləcə də Dağıstan parlamentinin spikeri vəzifəsində çalışmış təcrübəli kadr hesab olunurdu. Ötən müddət ərzində cəmiyyətdə zəif lider kimi qəbul edilmiş Muxu Əliyev faktiki olaraq heç bir islahat aparmayıb, regionun sosial-iqtisadi həyatında mühüm rol oynamayıb. Dağıstanda etnomafiyaların pərdəarxası savaşlarının, radikal islamçıların terror aksiyalarının, hüquq-mühafizə orqanlarının qanunsuz əməllərinin qarşısını ala bilməyib. Regionda terror dalğısı ötən yüzilin 90-cı illərində olduğu kimi davam edib. Dağıstanı Moskvadan asılı olan dotasiyalı region statusunda saxlayıb.

2010-cu il fevralın 20-də yeni prezident seçkisi keçirilməlidir. Prezident seçkisi barədə qərar qəbul edilməsə də, seçki marafonuna artıq qeyri-rəsmi şəkildə başlanıb. Bu sırada bütün etnomafiyalar həm Dağıstanda, həm də Moskvada özlərinə dayaq axtarır.

Dalana dirənmiş region

Dağıstanda bu gün əhalinin sayı 2 milyon 500 min nəfərdən çoxdur. Regionda yaşayan 38 etnik qrupun mövcudolma maraqları hər şeydən üstün tutulur. Bununla yanaşı, bütün etnoslar ayrı-ayrılıqda həm də "etnomafiya" kimi qavranılmaqdadır. Hər bir etnosu təmsil edən yüksək vəzifəli məmur həm də ən zəngin şəxs hesab olunur. Bu məmur tutduğu vəzifələr və sərvətləri hesabına mənsub olduğu xalqın lideri kimi qəbul edilir.

Bu gün Dağıstanda siyasət əsasən aparıcı titullu xalqlar arasında müxtəlif maraqların təmin edilməsi hesabına yürüdülür. Buraya avar, kumuk, dargin, çeçen-akkin, noqay, azərbaycanlı, tabasaran, ləzgi, aqul, lak, tat (dağ yəhudiləri), tsaxur, rus (kazaklar), rutul xalqları daxildir. Bu 14 titullu xalq regionun idarə olunmasında üstün statusa malikdir.

Dağıstanın 1991-ci ildə "muxtar" bölgədən respublika statusuna keçdiyi zaman etnik qarşıdurmaların qarşısını almaq üçün 14 titullu xalqın nümayəndələrindən ibarət Dövlət Şurası yaradıldı.

REKLAM

Bu həm də müəyyən demokratik prinsiplər əsasında həm Dağıstanın, həm də müxtəlif millətlərə məxsus bölgələrin idarə olunmasında müstəsna əhəmiyyət daşıyırdı. 2006-cı ildən başlayaraq, artıq prezident üsul-idarəsi qanuniləşdirildi.

Bölgənin sosial-iqtisadi həyatı bu 14 titullu etnosun liderlərinin maraqları əsasında idarə edilir. 1991-2006-cı illərdə Dağıstan Dövlət Şurasının sədri vəzifəsini daşımış, milliyyətcə dargin olan Məhəmmədəli Məmmədov "etnomafiya"ların maraqlarını balanslaşdırılmış şəkildə çox asanlıqla idarə edə bilirdi. O hətta bu qruplaşmaların birləşməsindən belə narahat olmurdu. Çünki hər bir qruplaşma ilə asanlıqla dil tapmağı bacarırdı. İndi zəif prezident kimi xarakterizə olunan Muxu Əliyevə qarşı etnomafiyalar yetərincə dirəniş göstərə bilərlər.

Şimal alyansı

Dağıstan etnomafiyaları əsasən dörd qrupa bölünür. Digər etnoslar isə bu qruplardan birini müdafiə etmək məcburiyyətindədir. Şimal qrupuna avarlardan ibarət Xasavyurt şəhər meri Seyidpaşa Umaxanov, Kizlər şəhərinin meri Seyid Murtazəliyev və Rusiya Dövlət Dumasının deputatları Əhməd Bilalov, "Rusneft-Dagneft" şirkətinin sahibi, "İmam Şamil adına Avar Milli Hərəkatı"nın lideri Hacı Maxaçev daxildirlər. Bu liderlər faktik olaraq Dağıstanın şimal rayonlarını idarə edilər. Bütün kəndlərdə, qəsəbələrdə və rayonlarda yerli bələdiyyələr, hakimiyyətlər, banklar, bazarlar onların nəzarətindədir.

Şimal qruplaşması həm də Çeçenistandakı rusiyameyilli hökumətin prezidenti Ramzan Qədirovla sıx əlaqəli şəkildə fəaliyyət göstərir. Dağıstanda hər hansı bir üsyan, silahlı münaqişə gündəmə gələrsə, bu zaman şimal qrupunun dəvətilə Çeçenistandakı Rusiya Müdafiə Nazirliyinə məxsus 42-ci diviziya onları müdafiə edəcək. Bu qruplaşma Dağıstanı idarə etməkdə hərbi-inzibati güc tətbiqinin tərəfdarı kimi çıxış edir.

Dargin qruplaşması

Burada əsasən 1991-ci ildən bu günə kimi paytaxt Mahaçqalanın meri vəzifəsində çalışan Səid Əmirov rəhbərlik edir. Səid Əmirov Moskvanı neçə illərdir idarə edən Yuri Lujkov kimi bu vəzifənin əvəzolunmaz şəxsinə çevrilib. Bu qrupun digər lideri 15 il Dağıstan Dövlət Şurasının sədri vəzifəsində işləmiş M.Məmmədovun oğlu Məmmədsalam Məmmədovdur.

Bu qruplaşma eyni zamanda paytaxtda geniş biznes, ticarət, bank sektoruna malik olan digər millətlərin nümayəndlərilə uzlaşdırılmış səviyyədə fəaliyyət göstərir. Səid Əmirova qarşı indiyə kimi 35 dəfə sui-qəsd olub. Bu hadisələrdə o hətta iki ayağından belə iflic olub. Ancaq bütün bunlara baxmayaraq, paytaxtı idarə etməkdə davam edir. Ən gəlirli sahələri öz inhisarında saxlamaqla, təkcə Dağıstanda deyil, bütün Quzey Qafqazda ən varlı şəxslərdən biri hesab olunur.

Cənub qruplaşması

Buraya əsasən milliyyətcə ləzgi olanlar daxildir. Çünki Dağıstanın cənubunda yaşayan tabasaran, aqul, tsaxur və azərbaycanlılar bu qruplaşmanı qəbul etmirlər. Bu qruplaşmanın maliyyə imkanları çox olsa da, faktik olaraq regionda aparıcı gücə və söz sahibinə çevrilməkdə acizdir. Milyarder kimi şöhrət qazanmış, qaranlıq kriminal keçmişi olan Süleyman Kərimov indi bu qruplaşmanın başında durur.

Ləzgi qrupunun "ağsaqqal"ı isə sabiq baş prokuror İmam Yarəliyevdir. Rusiya baş prokurorunun müavini olan Sabir Kexlerovun fəal dəstəyilə ləzgi qruplaşması bu gün nəinki Dağıstanın cənub bölgələrinə, eləcə də prezident kürsüsünə iddialı olduqlarını gizlətmir. Halbuki bu qrupun paytaxtda heç bir dayağı yoxdur.

Türk qrupu

Dağıstanın paytaxtı Mahaçqala tarix boyu kumuk türk şəhəri olubdur. İndinin özündə belə şəhərin ən qədim məhəllələrində kumuklar və azərbaycanlılar yaşayır. Bu qrupun əsas siması uzun müddət baş nazir işləmiş, hazırda Rusiya Dövlət Dumasının deputatı olan Xızrı Şıxsəidovdur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Sumqayıt və Aktau qardaş oldu

AŞ PA prezidentinin səlahiyyət müddəti artırıldı

Bölmənin digər xəbərləri
 
İrana qarşı "üçlər ittifaqı"?
ABŞ, RF və Çin tələb edir ki, İran öz atom proqramının dinc məqsədli olduğunu sübut etsin

İran bankları sanksiyaların hədəfində
Maliyyə cəbhəsində hücumlar güclənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər