Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
İrana qarşı "üçlər ittifaqı"?
İrana qarşı "üçlər ittifaqı"?
ABŞ, RF və Çin tələb edir ki, İran öz atom proqramının dinc məqsədli olduğunu sübut etsin
Şənbə, 21.11.2009

S.Soltan mətn ölçüsü  

İran rəhbərliyinin atom-nüvə proqramı ilə bağlı iddiası mövcud rejimin süqutu ilə də sonuclana bilər. Bunu Tehran rəsmiləri də etiraf etməkdədir. Hələ bir neçə il öncə ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays İran hakimiyyətinin məsələyə dair narahatlığına işarə edərək, bəyan etmişdi ki, rəsmi Vaşinqton bu ölkədə rejimi dəyişdirmək istəmir. O zaman Tehran iddia edirdi ki, atom-nüvə proqamı ətrafındakı gərginlik daha çox mövcud rejimin devrilməsinə hesablanıb. Amerikalı diplomatın bu bəyanatı onda İran hakimiyyətini bir qədər sakitləşdirdi və onlar Qərblə danışıqlara başladı.

Bu günlərdə isə prezident Mahmud Əhmədinejad İranın "Mehr" Xəbər Agentliyinin təşkil etdiyi Asiya və Sakit okean Ölkələri İnformasiya Agentliklərinin Tehranda keçirilən toplantı iştirakçılarını qəbul edərkən deyib ki, İranın atom-nüvə proqramı müzakirə mövzusu deyil, ancaq "biz bu məsələdə səmimi olanlarla əməkdaşlığa hazırıq". Onun sözlərinə görə, İslam Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə bu məsələni müzakirə edir, bununla belə bəziləri "danışıqları siyasiləşdirməyə çalışır". "Həmin qüvvələr İranı dağıtmağa çalışır, amma onlar bu istəklərinə nail ola bilməyəcək. Biz İran haqqında doğru məlumatı dünya ictimaiyyətinə çatdırmaqda çətinlik çəkirik", - deyə Əhmədinejad bildirib. O, informasiya "blokadasını" aradan qaldırmaq üçün "əl-ələ verməyi" və irəli getməkdən ötrü böyük potensiala malik olduqlarını söyləyib.

Bununla belə İran rəsmilərinin beynəlxalq ictimaiyyəti azdırmaq cəhdi nəticəsiz qalmaqdadır. Ötən gün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bəyan edib ki, İranın nüvə obyektlərini gizlətməsindən şübhələnir. Qurumun təmsilçisi Tehrandan Qum şəhərindəki atom obyekti barəsində ətraflı məlumat tələb edib.

Qumdakı nüvə müəssisəsi bu ilin centyabrında aşkarlanıb və BMT mütəxəssisləri ötən ay həmin obyektlərə buraxılıb. Amma Qərb yenə də İranın atom bombası istehsal edəcəyindən ehtiyatlanır, Tehran isə proqramın istisnasız olaraq, dinc məqsədli olduğunu bildirir.

Agentliyin məlumatında daha sonra deyilib ki, Tehranla hələ də həll edilməyən məsələlər qalmaqdadır. Onların qənaətincə, İran tələb edilən suallara cavab verməzsə, o halda İslam Respublikasının atom silahı əldə etməsinə dair şübhələr aradan qalxmayacaq.

Barak Obama Rusiya və Çinə səfərində həmin dövlətlərin başçıları ilə İrana dair məsələni də müzakirə edib. "Əgər İran nüvə proqramının dinc məqsədli olduğunu sübut edə bilməzsə, o zaman bunun ağır nəticələri ilə üzləşəcək", - deyən ABŞ liderinin bu fikrini ÇXR və RF rəhbərləri də dəstəkləyib.

Ağ Evin başçısı bəyan edib ki, İrandan gələn təhlükəyə qarşı atom silahına malik ABŞ və Çin birlikdə müqavimət göstərəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İsrailə təyyarə reysləri ləğv edilə bilər

Türkiyə ABŞ-ın kölgəsindən çıxmaq istəyir

Bölmənin digər xəbərləri
 
Dağıstan: etnomafiyaların prezidentlik rəqabəti
Moskva kimi dəstəkləyəcək?

İran bankları sanksiyaların hədəfində
Maliyyə cəbhəsində hücumlar güclənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər