Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Gündəmdə uşaq məsələləri idi
MM də Uşaq ili kampaniyalarından geri qala bilməzdi
Şənbə, 21.11.2009


Fərəh Əliyeva
mətn ölçüsü  

Bu il ölkəmizdə Uşaq ilidir. İlin əvvəlindən hər bir dövlət strukturu uşaqların hüquqlarının müdafiəsinə yönələn tədbirlər təşkil edir. Uşaqların hüquqlarının müdafiəsi isə Milli Məclisdən keçir. Yalnız burada qəbul edilən qanunlar onların haqlarının rəsmən qorunmasına imkan yaradır. Odur ki, MM bu kampaniyadan geri qala bilməzdi. Dünən BMT-nin Uşaq Fondu parlamentə Uşaq Hüquqları Konvensiyasının qəbulunun 20-ci ildönümünə həsr olunmuş hesabatı təqdim etdi. Xüsusi sessiyada giriş sözünü spiker Oqtay Əsədov söylədi. Sədrin sözlərinə görə, parlament bu işə öz səlahiyyətləri daxilində kömək göstərməyə çalışır. Bu müddət ərzində uşaq hüquqlarına aid 10-dan çox qanun, bu məsələyə aidiyyəti olan 72 qanun və 11 məcəllə qəbul edilib: "İstənilən cəmiyyət üçün uşaqların mənəvi və fiziki sağlamlığının qorunması, azadlığının təmin edilməsi dövlətin inkişafı ilə bağlı strateji vəzifədir".

Hadı Rəcəbli: "Daha uşaqlar debil doğulmur"

Uşaq hüquqları sahəsində bir çox qanunlara imza atan MM sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu sahədəki praktikadan danışdı. Onun sözlərinə görə, indiyədək Azərbaycan uşaq hüquqları sahəsində 30-dək beynəlxalq konvensiyaya qoşulub, bu sferaya aid sənədlərə 100-dək düzəliş edilib.

Hadı Rəcəbli xatırlatdı ki, vaxtilə "Körpələrin erkən qidalanması" haqqında qanun layihəsi müzakirəyə çıxarılanda çoxları bunu qeyri-ciddi qiymətləndirmişdi: "Lakin o vaxt BMT-nin Uşaq Fondu komitəmizi tək qoymadı, layihənin müzakirəsində daim yanımızda oldu. Məsələyə ictimaiyyətin də dəstəyi qanunun qəbuluna imkan yaratdı. Nəticədə bu qanun ilk dəfə olaraq BMT-nin modern qanunu oldu. İndi bu sənəd qabaqcıl təcrübə kimi bütün dünyaya məsləhət görülür". Komitə sədri eynilə "Duzun yodlaşdırılması haqqında" qanun layihəsinin də əksər deputatların kəskin etirazı ilə üzləşdiyini bildirdi: "Biz bu deputatlarla ayrılıqda işlədik, UNİCEF tanınmış mütəxəssisləri prosesə cəlb etdi. Nəhayət, 2 ildən sonra bu sənədi də qəbul etdik.

REKLAM

İndi isə bu qanun MDB Parlament Assambleyasının qərarı ilə modern hüquqlu sənəd kimi təsdiqləndi". Hadı Rəcəbli əmindir ki, duzun yodlaşdırılmasına həsr edilən bu qanunun xalqımıza verdiyi fayda daha çox olub. Məsələn, zob xəstəlikləri, debil doğulan uşaqlara indi, demək olar, təsadüf edilmir.

Sosial siyasət komitəsinin UNİCEF-in dəstəyi ilə hazırlanan qanun layihələri sırasında Hadı Rəcəbli yuvenal ədliyyə haqqında, uşaq büdcəsi haqqında qanunların adlarını çəkdi. Deputat bildirdi ki, komitənin UNİCEF-lə əməkdaşlığı gələcəkdə də davam edəcək. Hadı Rəcəbli bu strukturun indiki və əvvəlki rəhbərlərinin işini yüksək qiymətləndirərək, onlara minnətdarlığını çatdırdı.

Mark Herevard: "Qanunun qəbulu ilə iş bitmir"

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard rəhbərlik etdiyi qurumun ölkəmizdə uşaq hüquqlarının müdafiəsində gördüyü işlərdən danışdı. Dedi ki, iqtisadiyyatı sürətlə inkişaf edən bir ölkədə valideyn qayğısından kənarda qalan uşaqların taleyinə biganə yanaşmaq olmaz: "Uşaqlara yönələn sərmayə ən faydalısıdır. Cəmiyyət uşaqların fiziki və əqli inkişafına yönəldilən hər 1 manatdan 7 dəfə çox bəhrələnir. Bəzən isə bu pulları uşaqların səhiyyə, təhsil xərclərinə yönəltmək əvəzinə onları dustaqxanalara yönəldirlər".

Cənab Herevard bildirdi ki, uşaqların üzləşdiyi problemlərin həlli üçün yalnız qanunların qəbulu kifayət etmir: "Bu qanunlar tətbiq edilməlidir. Bu gün uşaqlar daha çox iqlim dəyişikliyindən, ekoloji təhlükə nəticəsində yaşayış yerlərinin itirilməsindən, içməli su və digər mənbələrin tükənməsindən əziyyət çəkirlər. Bu problemlərin öhdəsindən gəlmək bir təşkilatın işi deyil. Bütün qurumlar qarşılıqlı əməkdaşlıq formasında işləməlidir".

Cənab səfir Uşaq Parlamentinin yaradılmasını cəmiyyətdə açıq dialoq yönündə böyük addım kimi qiymətləndirdi: "Hər bir uşağın hüququdur onun səsi eşidilsin, onu dinləsinlər. Yalnız bu halda uşaqların hüquqlarının təmin edildiyinə əmin olmaq mümkündür".

Elmira Süleymanova: "Qaynar xətt"ə çoxlu zənglər olur"

İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycanda uşaqlara mülkiyyət və təhsil obyekti kimi yox, müstəqil və tamhüquqlu subyekt kimi yanaşma olduğunu bildirdi. Ombudsman bildirdi ki, məhz onun tövsiyəsi ilə parlament bu sahədə bir neçə konvensiyaya qoşulub. Uşaqların problemlərinin ortaya çıxarılması və aradan qaldırılması məqsədilə Ombudsman Aparatında 96 nömrəli "qaynar xətt" fəaliyyət göstərir. Elmira xanımın sözlərinə görə, bu xəttə uşaq hüquqlarının pozulması ilə bağlı çoxlu zənglər olur və onlara çevik reaksiya verilir. Ombudsman Aparatı həmçinin uşaqlara qarşı zorakılıq halları ilə bağlı monitorinq keçirib və onun nəticələrini ictimaiyyətə açıqlayıb. .

Milli Məclisin UNİCEF-lə birlikdə həyata keçirdiyi maraqlı layihələrdən biri də Uşaq Parlamentinin yaradılmasıdır. Dünənki sessiyada Uşaq Parlamentinin sədri Taleh Əliyev də iştirak edirdi. O, bu qurumun yaradılmasını bu vaxtadək heç bir ictimai təcrübəsi olmayan uşaqlar üçün böyük məktəb kimi qiymətləndirdi.

Əli Hüseynov: "49 məhkum uşaq var"

Hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində 49 uşaq cəza çəkir. Bu məlumatı isə MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli hüseynov səsləndirdi. Dedi ki, bu rəqəm MDB məkanında ən aşağı göstəricidir: "Biz bu göstəricinin minimuma enməsi üçün çalışmalıyıq. Ölkəmizdə uşaqlara münasibətdə humanist siyasət həyata keçirilir. Amnistiya qanunlarında hər zaman uşaqlarla bağlı bölmə olur".

Daha sonra MM iqtisadi siyasət, elm və təhsil məsələləri, insan haqları komitələrinin sədrləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavin Sədaqət Qəhrəmanova çıxış etdilər. Təqdimatın sonunda isə deputatlara və Milli Məclsin qonaqlarına "Uşaq problemlərinin həllində parlamentin yeri və rolu" adlı film nümayiş etdirildi.

"Konvensiya 1992-də yox, 1993-cü ildə imzalanıb"

Xüsusi sessiyadakı müzakirələrdə çıxış edən millət vəkili, Respublika Uşaq Təşkilatının rəhbəri Gülər Əhmədova isə Sədaqət Qəhrəmanovanın səhvini tutdu. Dedi ki, Uşaq Hüquqları Konvensiyası 1992-ci ildə yox, 1993-cü ildə imzalanıb: "Bu, Heydər Əliyevin imzaladığı ilk beynəlxalq sənəd idi".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Uşaqlar üçün "qaynar xətt" açılacaq

Gənclər Evi yaradılır

Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib

Uşaqlar niyə intihar edir?

Bölmənin digər xəbərləri
 
Pentaqon Azərbaycan Ordusuna yardımlara başlayır
Gələn il üçün əməkdaşlıq qrafiki sıxdır

Təmsilçilər Palatasında türk dostları - 104
İlk dəfədir dostluq qrupu üzvlərinin sayı 100-ü keçir

Prezidentlər Münhendə görüşəcəklər
Bu görüş də nəticəsiz bitməyəcək ki?

Azərbaycan rəsmiləri Qərbi kəskin tənqid etdilər
Novruz Məmmədov: "Qərb uzun illər ərzində bütün səylərini Ermənistanı hərtərəfli dəstəkləməyə yönəldib"

Nesterenko Nalbandyana cavab verdi
Deyilənlər "anlaşılmazlıq" adlandırıldı

Jurnalistlərin təqibolunma imkanının "sirri"
Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, KİV haqqında qanunvericiliyində cinayət təqibi qalır

Əliyev və Medvedyev Ulyanovskda görüşəcəklər
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də RF prezidenti Dmitri Medvedyevin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər