Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Nesterenko Nalbandyana cavab verdi
Nesterenko Nalbandyana cavab verdi
Deyilənlər "anlaşılmazlıq" adlandırıldı
Şənbə, 21.11.2009

S.Abbas mətn ölçüsü  

Rusiya XİN informasiya və mətbuat departamentinin direktoru Andrey Nesterenko Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın fikirlərinə cavab verib. APA-nın məlumatına görə, cavabda bildirilir ki, bəzi Ermənistan kütləvi informasiya vasitələrinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisinin noyabrın 17-də söylədiyi fikirlər ətrafında hay-küy qaldırması Moskvanın diqqətindən qaçmayıb.

"Ermənistan mətbuatında bildirilir ki, guya Moskva mövqeyini dəyişib və indi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan yaxınlaşması proseslərini bir-biri ilə əlaqələndirir. Bu, anlaşılmazlıqdır. Rusiyanın bununla bağlı mövqeyi dəfələrlə xarici işlər naziri Sergey Lavrov tərəfindən açıqlanıb. Bu mövqe dəyişməz qalır. Söhbət iki fərqli prosesdən gedir".

Andrey Nesterenko bildirib ki, Rusiya Ermənistanla Türkiyə arasında imzalanmış sənədləri pozitiv dəyərləndirir: "Əminik ki, Ermənistanla Türkiyə arasında mehriban qonşuluq əlaqələrinin qurulması Cənubi Qafqazda sülh və təhlükəsizliyin daha da möhkəmlənməsinə obyektiv təsir göstərəcək. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, mövcud fikir ayrılıqlarına baxmayaraq, tərəflər nizamlanma prosesinin baza prinsiplərinin razılaşdırılması istiqamətində müəyyən irəliləyişə nail olublar. Bizim öz rolumuzu prosesin inkişafına təsir etmək, tərəflərin ortaq məxrəcə gəlməsinə yardım göstərmək şəklində görürük, lakin münaqişə tərəflərinə zorla heç bir həll resepti təlqin etmirik. Bu zaman mövqeyimiz ona əsaslanır ki, son seçim azərbaycanlılar və ermənilərin öhdəsinə düşür. Rusiya bütün tərəfləri razı salacaq istənilən həll variantını dəstəkləməyə, kompromis razılıq əldə edəcəyi təqdirdə nizamlanmanın qarantı rolunda çıxış etməyə hazırdır".

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Pentaqon Azərbaycan Ordusuna yardımlara başlayır
Gələn il üçün əməkdaşlıq qrafiki sıxdır

Təmsilçilər Palatasında türk dostları - 104
İlk dəfədir dostluq qrupu üzvlərinin sayı 100-ü keçir

Prezidentlər Münhendə görüşəcəklər
Bu görüş də nəticəsiz bitməyəcək ki?

Azərbaycan rəsmiləri Qərbi kəskin tənqid etdilər
Novruz Məmmədov: "Qərb uzun illər ərzində bütün səylərini Ermənistanı hərtərəfli dəstəkləməyə yönəldib"

Jurnalistlərin təqibolunma imkanının "sirri"
Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, KİV haqqında qanunvericiliyində cinayət təqibi qalır

Gündəmdə uşaq məsələləri idi
MM də Uşaq ili kampaniyalarından geri qala bilməzdi

Əliyev və Medvedyev Ulyanovskda görüşəcəklər
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də RF prezidenti Dmitri Medvedyevin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər