Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Prezidentlər Münhendə görüşəcəklər
Prezidentlər Münhendə görüşəcəklər
Bu görüş də nəticəsiz bitməyəcək ki?
Şənbə, 21.11.2009

Səid mətn ölçüsü  

ATƏT Minsk Qrupu həmsədr ölkələrinin dəvəti ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan noyabrın 22-də Fransanın Münhendəki baş konsulunun iqamətgahında bu il ərzində altıncı dəfə bir araya gələcəklər. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa XİN sözçüsü Bernar Valero Parisdə keçirdiyi mətbuat konfransında rəsmi açıqlama verib.

Sözçü 2007-ci ilin noyabrında Madriddə Fransa və Rusiya xarici işlər nazirləri və ABŞ dövlət katibinin tərəflərə münaqişənin ədalətli, uzunmüddətli və dinc yolla həllinin əsas prinsiplərini təqdim etdiklərini bildirib. Açıqlamada "Böyük səkkizlər"in Akvil şəhərində keçirilən sammiti zamanı da həmsədr ölkə rəhbərlərinin birgə bəyanatla çıxış etdikləri və tərəfləri Madrid prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırdıqları xatırladılıb.

Prezidentlərin növbəti görüşünün də nəticəsiz bitəcəyini vəd edən yerli analitiklərin fikrincə, Ermənistana hazırkı vəziyyət tam sərfəlidir və rəsmi Yerevan, sadəcə, sülhpərvər olduğunu nümayiş etdirmək üçün bu kimi görüşlərdə iştirak edir, amma qeyri-konstruktivliyi, sadəcə, vaxt uzadır.

"Ermənistan-Azərbaycan münaqişəsi təxirə salınmış, dondurulmuş vəziyyətdədir və gələcəkdə real sülh perspektivi görünmür. Münaqişənin hərbi perspektivi də yoxdur, çünki müharibədən heç nə alınmayacaq". Bunu isə APA-nın Moskva müxbirinə rusiyalı politoloq, Ali İqtisadiyyat Məktəbinin tətbiqi politologiya fakültəsinin dekanı, siyasi elmlər doktoru Mark Urnov verib. Politoloq iddia edib ki, Dağlıq Qarabağ mövcud durumda kifayət qədər hərbi potensiala malikdir və hətta Ermənistan dəstəyini çəksə belə, mövcud statusunu qorumağa qadirdir: "Buna görə də regionun indiki statusu çox çəkəcək, xüsusilə nəzərə almaq lazımdır ki, artıq Ermənistanla Türkiyənin aktiv yaxınlaşması başlayır. Azərbaycan bu mənada münaqişə məsələsində öz müttəfiqinin yüz faizli dəstəyini itirmiş olur, Dağlıq Qarabağ və Ermənistanın isə mövqeləri möhkəmlənir. Çünki onları ənənəvi olaraq İran müdafiə edirdi, indi isə Türkiyə tərəfdən loyal münasibətlə üzləşəcəklər".

Politoloq hər iki tərəfi təmin edəcək həll perspektivlərinin olmadığını deyib: "Azərbaycan Dağlıq Qarabağı öz yurisdiksiyasına qaytarmaq istəyir, nə Dağlıq Qarabağ, nə də Ermənistan bununla birmənalı razılaşmayacaq. Ona görə də gərginlik davam edəcək. Bu prosesin nə vaxta qədər davam edəcəyini heç kəs deyə bilməz, lakin düşünürəm ki, həm Rusiya, həm də Qərb ölkələri Azərbaycanı münaqişənin hərbi yolla həlli variantından çəkindirməyə çalışacaqlar".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanla Polşa arasında bir neçə saziş imzalanıb

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Bölmənin digər xəbərləri
 
Pentaqon Azərbaycan Ordusuna yardımlara başlayır
Gələn il üçün əməkdaşlıq qrafiki sıxdır

Təmsilçilər Palatasında türk dostları - 104
İlk dəfədir dostluq qrupu üzvlərinin sayı 100-ü keçir

Azərbaycan rəsmiləri Qərbi kəskin tənqid etdilər
Novruz Məmmədov: "Qərb uzun illər ərzində bütün səylərini Ermənistanı hərtərəfli dəstəkləməyə yönəldib"

Nesterenko Nalbandyana cavab verdi
Deyilənlər "anlaşılmazlıq" adlandırıldı

Jurnalistlərin təqibolunma imkanının "sirri"
Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, KİV haqqında qanunvericiliyində cinayət təqibi qalır

Gündəmdə uşaq məsələləri idi
MM də Uşaq ili kampaniyalarından geri qala bilməzdi

Əliyev və Medvedyev Ulyanovskda görüşəcəklər
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də RF prezidenti Dmitri Medvedyevin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər