çap et  
Təmsilçilər Palatasında türk dostları - 104
Təmsilçilər Palatasında türk dostları - 104
İlk dəfədir dostluq qrupu üzvlərinin sayı 100-ü keçir
Şənbə, 21.11.2009

İsmayıl Umudlu

ABŞ Təmsilçilər Palatasında türk dostluq qrupunun üzvləri 104-ə çatmışdır. İlk dəfədir dostluq qrupu üzvlərinin sayı 100-ü keçir. Bu xəbəri Birləşmiş Ştatlardakı türk qaynaqlarına istinadən Anadolu agentliyi yaymışdır. Son olaraq dostluq qrupuna 4 yeni üzv daxil olmuşdur. Bunlar Respublikaçılardan Arizona millət vəkili Trent Franks və Tennessi millət vəkili Zaç Uamp (Zach Wamr), Demokrat Partiyasından Luiziana millət vəkili Çarli Melanson (Charlie Melancon) və Konnektikut millət vəkili Kris Mörfi (Chris Murrhy) olmuşlar.

Kris Mörfi söyləmişdir ki, Türkiyə ABŞ-ın ən önəmli müttəfiqlərindən biridir və terrora qarşı ortaq mücadiləmiz dünya sülhünə bir töhfədir.

Əlavə edək ki, Konqresdə və Senatda erməni diasporu ilə dostluq edən qrup da mövcuddur və onların sayı müəyyən dönəmlərdə çoxala bilir. Bu qrup vaxtaşırı olaraq "soyqırım" qətnamə layihələrini gündəmə daxil edə və bununla da Türkiyə-Amerika və Azərbaycan-Amerika münasibətlərinə sərinlik gətirə bilir. İndiki situasiya isə ABŞ Konqresinin aşağı palatasında (436 üzvü var) türk dostlarının sanballı qüvvə təşkil etdiyini göstərir.