Məşhur aktyor Ceki Can qoşulduğu humanitar aksiya çərçivəsində Kamboca Universiteti tələbələrinə mühazirə oxuyub. Mühazirə zamanı Ceki Can tələbələri birliyə çağırıb. "Bizim rəngimiz, dilimiz, irqimiz, milliyyətimiz fərqli olsa da, hamımız sülh uğrunda mübarizə aparmalıyıq", - deyə o gəncləri sülhə səsləyib. Onun çıxışı gurultulu alqışlarla qarşılanıb və bəşəriyyətə humanitar yardımına görə Kamboca xarici işlər naziri Ceki Canı xüsusi diplomla təltif edib.
|