Türk ədəbiyyatının usta qələmi, ünlü araşdırmaçı-jurnalist, şair, bir çox məşhur filmlərin və serialların ssenari müəllifi Ömər Lütfi Mete həyata vida etmişdir. Türkiyə mətbuatının xəbərlərində bildirilir ki, 59 yaşlı yazıçı keçirdiyi infarktdan dünyasını dəyişib.
Ömər Lütfi Mete Qara dəniz sahilindəki Rizedə doğulmuşdu. Azərbaycan auditoriyasına yaxşı tanış olan və sevilən "Dəli ürək", "Kurtlar Vadisi", "Kurtlar Vadisi İrak", "Kurtlar Vadisi Pusu", "Dəli ürək Bumeranq" filmlərinin yaradılmasında və ssenarilərinin yazılmasında böyük zəhməti olmuşdur.
"Dərin dövlət" kimi dərin bir mövzuda mütəxəssis olan yazıçının bu barədə neçə-neçə kitabı var.
|