![]() |
çap et |
|
|||
Xalq artisti İlhamə Quliyeva 45 illik yaradıcılığından bəhs edən hesabat xarakterli solo konsertə hazırlaşır: "Bildiyiniz kimi, bu yaxınlarda əməliyyat olundum. Artıq özümü gümrah hiss edirəm və belə davam edərsə, yeni ilin ilk aylarında 45 illik sənətimin hesabat konsertini vermək istəyirəm. Konsertin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Hazırda bütün fikrimi və qüvvəmi bu layihəyə yönəltmişəm".
İlhamə xanım bildirdi ki, bu il qeyd olunan Uşaq İlinə də öz töhfəsini verməyi düşünür. Mahnı yazdıran müğənni müəlliflərin adlarını çəkdi. Dedi ki, sözləri Cəlal Qurbanov, musiqisi Gövhər Həsənzadəyə məxsus olan mahnının ərsəyə gəlməsində "İrəli" İctimai Birliyindən dəstək alıb. Müğənni bildirdi ki, artıq mahnının ekran versiyası da hazırlanır. O, klipin rejissor Nail Naiboğlu tərəfindən ekranlaşdırıldığını bildirdi. Sənətçi bildirir ki, bu tezlikdə klip çəkdirmək niyyəti olmayıb. Uşaqlarla bağlı mahnı meydana çıxandan sonra isə fikrini dəyişib: "O qədər də klip çəkdirmək həvəsində deyiləm. "Uşaq ili" olduğu üçün körpələrimizin xatirinə bunu etmək qərarına gəldim. Bir məqamı da qeyd edim ki, bu gün albom çıxarıb, klip çəkdirmək ideyası gənclərin piarına xidmət edir. Mənim isə buna ehtiyacım yoxdur. Yalnız 45 illik yaradıcılıq hesabatı verməyi özümə borc bilirəm". |