Türkiyənin TRT-Avaz telekanalında çalışan əməkdar artist Azərinin vətənsevərlik mahnılarından ibarət albomu işıq üzü görəcək. Sənətçi ilə telefon əlaqəsi zamanı öyrəndik ki, 16 mahnıdan ibarət olan bu albom türk ölkələrində satışa çıxarılacaq.
"Albomun hazırlıq işləri sürətlə irəliləyir. Bura əsasən vətənsevərlik ruhunda mahnılar daxil edilib. Bunlardan Oqtay Zəngilanlının "Türkün bayrağı", Samir Nasımın "Turanın parçası", Qənirə Paşayeva və Samirə xanımın eyni mövzuda olan mahnılarını deyə bilərəm. Onu da qeyd edim ki, albom nəinki Azərbaycan və Türkiyədə, eyni zamanda Qazaxıstan, Qırğızıstan və bir sıra türk ölkələrində satışa çıxarılacaq".
Müğənni bildirdi ki, albomun geniş yayılmasına adı çəkilən ölkələrdə maraq göstərilmişdir.
|