Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Civə alverçiləri
Civə alverçiləri
Onlar özlərini təqsirli bilirlər
Şənbə, 21.11.2009

mətn ölçüsü  

Civə alverində təqsirli bilinən Bakı sakinləri Rafiq Əliyev, İmran Pircanov, Hidayət Mamoyev, Firdovsi Məmmədov, Bilal Həziyev, Xanlar Süleymanov, Sədiyar Məmmədov və Əmiraslan İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İşə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılır və prosesə hakim Fikrət Qəribov sədrlik edir.

Müəyyən edilib ki, Sədiyar Məmmədov satış məqsədilə güclü təsir edən zəhərli kimyəvi maddə olan, təmiz çəkisi 117,7 qram civə mayesi əldə edib və Xocahəsən qəsəbəsi, Həmid Sultanov küçəsi ev 2-də saxlayıb.

Daha sonra Sədiyar Məmmədov, Rafiq Əliyev, İmran Pircanov və başqaları təkrar Rafiq Əliyevin satış məqsədilə əldə etdiyi təmiz çəkisi 1894,9 qram civəni 46 min dollara satmağa razılaşıblar.

Bundan başqa, dəstə üzvləri çəkisi 32792,8 qram olan külli miqdarda civə əldə edərək Abbas Səhhət küçəsi, ev 10, mənzil 3-də həyətyanı sahədə basdırıblar. Onlar MTN əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.

Sədiyar Məmmədov istintaqda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 1999-cu ildə yaşadığı evin həyətində, yığılmış taxtaların arxasında sellofana bükülmüş xırda tünd şüşədə ağır bir maddə aşkar edib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 5 il əvvəl qonşuluqda yaşayan dayısı Rafiq Əliyevin həyətində quş damını təmizləyərkən damın altında şüşə qabda təqribən 2 kiloqram civə görüb: "Bunu dayımdan soruşduqda, o, civənin onun olduğunu və orada saxladığını bildirdi. 2009-cu il iyulun əvvəlində maddi cəhətdən çətinlik çəkdiyim üçün civəni satıb, problemlərimi həll etmək qərarına gəldim. Qəsəbədəki yeməkxananın sahibi İmran Pircanova müraciət etdim. Civənin satılacağı halda ona da hörmət edəcəyimi dedim. İmran isə lombarda 5 min dollar borcu olduğunu, qızılları girovda olduğunu bildirdi. Mən isə civə satılacağı halda onun 5 min dollar borcunu ödəyəcəyimi bildirdim. Bundan təxminən bir həftə sonra İmran Pircanov ilə görüşdükdə adını Mahir bildiyi bir şəxsi göstərərək, onun civə almaq istədiyini bildirdi. İmran məni Mahir ilə tanış etdikdən sonra Mahir özü yox, başqa bir adamın civə almaq istədiyini bildirdi. Bir qədər sonra Mahir yenidən gələrək, civədən nümunə istədi. Mahir məni Roma adlı civə alıcısı ilə tanış edəcəyini, özləri aralarında danışıb, razılığa gələcəyimizi demişdi. Mən buna etiraz etmədim, bir neçə gündən sonra Mahirlə görüşdük. Mahir görüşə Roma adlı həmin şəxslə gəlmişdi.

REKLAM

Mən əvvəlcə Romaya özümdə olan civənin hər qramını 12 dollara təklif etdim. Roma isə məndən 2 kiloqram civə istədi. Mən Romadan mobil telefonunun nömrəsini alaraq, bu barədə maraqlanacağımı bildirdim. Növbəti gün dayım Rafiq Əliyevə zəng edərək, onda olan civəni almaq istəyən müştəri olduğunu bildirdim. Dayım Rafiq civənin hər qramını 20 dollara satdığını bildirdi, mənə həmin qiymətə təklif etməyi tapşırdı. Təqribən bir il əvvəl Bilalla lazım olsa çoxlu miqdarda civə tapa biləcəyi barədə etdiyimiz söhbət yadıma düşdü. Bu barədə Bilalla əlaqə saxladım. Təxminən üç gün sonra Bilal mənə zəng edərək, 50 kiloqram çəkidə civə olduğunu, hər qramının 5 dollara satıldığını bildirdi. Lakin civənin harada və kimdə olmasını Bilal demədi. Mən isə bu barədə müştəriyə xəbər verəcəyimi və ona əlavə olaraq, məlumat verəcəyimi dedim. Bundan sonra Romaya zəng edərək, həmin 50 kiloqram çəkidə civə olduğunu və qiyməti barədə məlumat verdim. İyulun 23-də axşam vaxtı Roma mənə zəng edərək, 2 kiloqram civəni 46 min dollara alacağını bildirdi. Mən də dayımda olan həmin iki kiloqram civəni Romaya verdim".

O, ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, onun 32 kiloqram civədən xəbəri yoxdur: "Məndə olan civə atamdan qalan civədir. Onun da çəkisi 2 kiloqram olub. Həmin civəni 1999-cu ildə həyəti yığışdırarkən tapmışam. Onu İmran Pircanovun tapdığı müştəri, Mahir adlı şəxsə 46 min dollara satmaq istəyəndə MTN əməkdaşları məni tutdular. Mənim bu iş üzrə digər təqsirləndirilənlər - Hidayət Mamoyev, Bilal Abışov, Xanlar Süleymanov və Əmiraslan İbrahimovla heç bir əlaqəm yoxdur".

Öz növbəsində Rafiq Əliyev bildirib ki, 1987-1988-ci illərdə Bakı montaj idarəsində işlədiyi müddətdə Bakı dəri zavodunun istilikxanasını təmir edərkən, orada 2 kiloqram maddə görüb. Onun sözlərinə görə, həmin maddəyə diqqətlə baxanda onun civə olduğunu bilib: "Həmin civəni götürərək, işlətdiyim alətlərin olduğu yeşiyin içinə qoydum və özümlə evə gətirdim. Bu il iyulun 9-da bacım oğlu Sədiyar telefonla mənə zəng etdi və civəni almaq istəyənin olduğunu bildirdi. O, məndən civənin qramını hansı qiymətə satmaq istədiyimi soruşdu. Mən isə həmin civənin hər qramını 20 ABŞ dollarına satmaq istədiyimi bildirdim".

Onun sözlərinə görə, Sədiyar Məmmədov ona zəng etməyib və evə gələrək, civəni özü aparıb. Təqsirləndirilən şəxs İmran Pircanov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində qeyd edib ki, Xocahəsəndə yerləşən tikinti şirkətində beton daşıyan maşının sürücüsü olan Mahir adlı şəxslə tanış olub. Onun sözlərinə görə, Sədiyar Məmmədov ona maddi çətinliyi olduğunu, borca düşdüyünü bildirib: "Sədiyar onda şampan şüşə qabında civə olduğunu və həmin civəni satmaq istədiyini bildirdi. Mən də həmin civənin satılması üçün Mahirə müraciət etdim. Daha sonra Mahirlə Sədiyarı tanış etdim. Sədiyar Mahirdən civəni satmaqda ona köməklik etməsini xahiş etdi. Təxminən iki-üç gündən sonra çayxanaya gələn Mahir orada Sədiyara civənin satılması üçün müştəri tapdığını bildirdi".

Onun sözlərinə görə, Mahir civənin hər qramının 12 dollara satılmasını istəyib. Lakin onunla razılaşmayan Sədiyar civənin qramını 20 dollardan satmağı təklif edib.

Cinayət işi üzrə ifadə verən Hidayət Mamoyev də elan olunmuş ittihamlarla qismən razılaşıb. Onun sözlərinə görə, Xanlar Süleymanov və Əmiraslan İbrahimov onlara gəlib. Onun ifadəsinə görə, Xanlarla Əmiraslanın onlara nə gətirməsini bilməyib: "Lakin söhbətdən həmin əşyanın şübhəli olduğunu başa düşdüm. Hər ikisi həmin bükülünü saxlamağı məndən xahiş etdilər və bildirdilər ki, gəlib aparacaqlar. Mən də onlardan aldığım həmin qabda olan mayeni həyətdə torpağa basdırdım".

Hidayət Mamoyevin ifadəsinə görə, bir müddət keçəndən sonra həmin mayeni aparmaqlarını Xanlar və Əmiraslandan tələb edib: "Bir gün Əmiraslan bizə gəldi və bildirdi ki, tezliklə həmin qabda olan mayeni aparacaqlar. Lakin hələlik baxmaq istədiyini bildirdi. Əmiraslan həmin torpağa basdırdığım mayeni çıxararaq, başqa qaba tökdü. Həmin mayeyə baxandan sonra yenidən torpağa basdırdı".

Məhkəmə davam edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
Transformator terroruna aydınlıq gətirilmədi
Hadisə 32 nəfərin ittihamından ayrılıb və ayrıca istintaqda araşdırılır

Bacısını qətlə yetirməkdən peşman deyil
Qadir Əliyev cinayəti "namus üstündə" törətdiyini deyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər