Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Pensiyaçılar da büdcədən asılı vəziyyətə düşürlər
Pensiyaçılar da büdcədən asılı vəziyyətə düşürlər
Bu sistemin dayanıqlı inkişafı təmin edilməyib
Şənbə, 21.11.2009

Aynurə Əhmədova mətn ölçüsü  

Pensiya sisteminin mövcud vəziyyəti, orta pensiya məbləği, demoqrafik və sosial-iqtisadi proseslərin pensiya islahatlarına təsiri, edilən dəyişikliklərin əhalinin müxtəlif təbəqələrinə təsiri narahatlıq doğurur. "Pensiya qanunvericiliyində yeni dəyişikliklər nə vəd edir?" sualı aktuallaşıb. İqtisadi Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Qubad İbadoğlunun fikrincə, ölkədə sosial sığorta ödənişləri ilə sosial sığorta haqları arasındakı nisbət dayanıqlı inkişafı təmin etməyə kifayət etmir.

Rəqəmlərə nəzər salaq. Statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 2008-ci ilin əvvəli ilə müqayisədə bu ilin əvvəlində 26 455 nəfər artaraq 1.275.138 nəfərə çatıb. DSMF-nin fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı isə 2008-ci ilin əvvəli ilə müqayisədə 185 min nəfər artıb və 1.516.100 nəfərə çatıb. Beləliklə, hesablamalar göstərir ki, 1 nəfər pensiyaçıya 1,188 nəfər sığortaolunan düşür. Bu isə pensiya sisteminin dayanıqlı inkişafını təmin etmək üçün kafi deyil.

İqtisadçının sözlərinə görə, edilən dəyişikliklər bir sıra amillərlə bağlıdır. Əvvəla, pensiya yığımlarında qlobal maliyyə böhranı və digər təsirlərdən azalma baş verib. Pensiya yaşlı əhalinin sayında gözlənilən demoqrafik dəyişiklik gedir. Pensiya ödənişlərində kəskin differensiasiya halları artır. Yəni gəlirlərin dominant rolundan sui-istifadə halları çoxalıb. Odur ki, pensiya sisteminin təkmilləşdirilməsinə, Avropa standartlarına yaxınlaşdırılmasına zərurət var.

Mərkəz rəhbəri pensiya sistemi qarşısında bir sıra çətinliklərin olduğunu da söyləyir. Bunlardan birincisi odur ki, DSMF-nin dövlət büdcəsindən asılılığı artır. Digər tərəfdən, yeni pensiya sisteminin fəaliyyətə başlamasından əvvəlki dövrdə qazanılmış pensiya hüquqları pozulur: "Pensiya yaşının yüksəldilməsi işsizlik səviyyəsini artırır, pensiya təyinatının avtomatlaşdırılması işi ləngiyir. Digər tərəfdən, xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcək pensiya təminatında suallar qalır. Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədi ilə ötən dövr ərzində yaradılmış normativ hüquqi baza təkmil deyil, zəruri infrastruktur yoxdur. Daha bir problem ölkədə qeyri-dövlət pensiya institutlarının formalaşmamasıdır".

İqtisadçı-alim bu məsələ ilə bağlı tövsiyələrini qəzetimiz vasitəsilə müvafiq qurumlara çatdırdı. Onun fikrincə, makroiqtisadi, demoqrafik və pensiya sisteminin fəaliyyətini bilavasitə xarakterizə edən göstəricilərin proqnozlaşdırma işi təşkil edilməlidir. Bundan başqa, elektron pensiya proqramının işlənilməsi və bu sistemdə avtomatlaşdırma səviyyəsinin yüksəldilməsi ilə pensiyaçılarla hesablamaların sürətinin artırılması və onların daha çevik üsullarla məlumatlandırılması vacibdir.

Mövcud sığorta-pensiya sisteminin dayanıqlı inkişafının təminatı üçün məcburi dövlət sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsi də önəmlidir. Qubad İbadoğlu deyir ki, "sığorta ödəyicilərinin sayının artırılması məqsədi ilə mövcud işəgötürənlər və yeni iş yerləri yaradan sahibkarların biznes fəaliyyətində stimullaşdırıcı tədbirlərin tətbiqi də yaxşı nəticə verə bilər. Bununla yanaşı, dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədi ilə zəruri normativ hüquqi bazanın yaradılması və infrastrukturun qurulması yerinə düşərdi. Əlbəttə, pensiya yaşının və çoxuşaqlı anaların imtiyazlarının dövrün tələblərinə uyğunlaşdırılması və çevik üsullarla tənzimi lazımdır. Sözsüz ki, qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və fəaliyyətinin təşkili vacib məsələlər siyahısında dayanır".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tibbi sığortanın tətbiqi ləngiyir

"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"

Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir

Uşaqlara çəkilən xərclər artıb

Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər

Bölmənin digər xəbərləri
 
Bankları sağlamlaşdırmağa zərurət var
Mərkəzi Bank ilə kommersiya banklarının faiz dərəcələri arasında 10 qat fərq...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər