Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Bütün iştirakçılar bəlli
Bütün iştirakçılar bəlli
Dünya futbol çempionatında postsovet məkanı yoxdur
Şənbə, 21.11.2009

İ.Kərimoğlu mətn ölçüsü  

Futbol üzrə 2010-cu il dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda ilyarım davam edən mücadiləyə, nəhayət, yekun vuruldu. Beləliklə, gələn ilin yayında Cənubi Afrika Respublikasında (CAR) növbəti mundialın bütün 32 iştirakçısının adı bəlli oldu. Dünya çempionatının finalına vəsiqə qazanan daha 6 xoşbəxt milli komandanın adları məhz bu həftə müəyyənləşdi. Avropadan Fransa, Portuqaliya, Yunanıstan və Sloveniya, Afrikadan Əlcəzair, Cənubi Amerikadan isə Uruqvay yığmaları dünya çempionatının həlledici mərhələsində oynamaq hüququ qazandılar.

Azərbaycan milli komandasının yer aldığı Avropa zonasının 4-cü seçmə qrupundan pley-offa yüksələn Rusiya yığması "zəif" hesab olunan Sloveniya millisi ilə görüşdə meydanı başıaşağı tərk etdi. Zlatko Dediçin doğma meydanda vurduğu yeganə qol Rusiya yığmasının dünya çempionatı ilə bağlı bütün ümidlərini puça çıxardı. Ötən il Avropa çempionatının bürünc mükafatına layiq görülən ruslar indiyədək dünya çempionatlarının final mərhələsində yalnız bircə dəfə (2002-ci ildə) çıxış edən sloveniyalılara uduzdular. Pley-off iştirakçılarından reytinqi yüksək olan komandalar arasında yalnız şimal qonşularımız mötəbər yarışdan kənarda qalmaqla fiaskoya uğradılar.

Pley-off matçlarında uğursuzluq yaşayan komandalardan biri də Ukrayna yığması oldu. Andrey Şevçenko və komandası bununla üçüncü dəfədir dünya çempionatının finalına vəsiqə uğrunda pley-off mərhələsini adlaya bilmir. Beləliklə, Dimitrios Salpingidisin vurduğu yeganə qol sayəsində CAR-a almaniyalı baş məşqçi Otto Rehagelin başçılığı altında 2006-cı ildə Avropa çempionu titulunu qazanan Yunanıstan yığması yollanacaq. Xatırladaq ki, Ukrayna yığması 1998-ci və 2002-ci illərdə də pley-off mərhələsini keçə bilməmişdi. Əvəzində Ukrayna futbolçuları 2006-cı il dünya çempionatında 1/4 final mərhələsinədək irəliləmişdilər.

Ukrayna komandasının da cavab görüşündə uğursuzluğa düçar olduğunu nəzərə alsaq, 2010-cu il dünya çempionatının finalında postsovet məkanı təmsil olunmayacaq. Pley-off iştirakçıları arasında yeganə dünya çempionu olan Fransa isə vəsiqəni doğma meydanda keçirilən cavab görüşünün yalnız əlavə vaxtında qazana bildi. Qeyd edək ki, Avropa məkanından Çexiya, Belçika, Polşa, Xorvatiya, Rumıniya, İsveç və Türkiyə yığmaları kimi güclü kollektivlər dünya çempionatının oyunlarını kənardan izləməli olacaq.

Afrika qitəsində isə sonuncu vəsiqə uğrunda Əlcəzair və Misir yığmaları üz-üzə gəliblər. Öz qruplarında birinci yeri tutan bu komandalar güclünü müəyyənləşdirməli olublar. 1:0 hesabı ilə Afrika çempionuna qalib gələn Əlcəzair yığması dünya çempionatına vəsiqə qazanıb.

Bu həftə keçirilən 6 pley-off matçlarında bu nəticələr qeydə alınıb:

Sloveniya - Rusiya - 1:0 (ilk oyun - 1:2);

Ukrayna - Yunanıstan - 0:1 (0:0);

Bosniya və Herseqovina - Portuqaliya - 0:1 (0:1),

Fransa - İrlandiya - 0:1 (əlavə vaxtda 1:1, ilk oyun 1:0);

Uruqvay - Kosta-Rika - 1:1 (1:0).

Beləliklə, 2010-cu il dünya çempionatında Avropanı 13, Afrikanı 6, Cənubi Amerikanı 5, Asiyanı 4, Şimali Amerikanı 3, Okeaniyanı isə 1 komanda təmsil edir.

2010-cu il mundialının tam siyahısı belədir:

Avropa - Danimarka, İsveçrə, Slovakiya, Almaniya, İspaniya, İngiltərə, Serbiya, İtaliya, Hollandiya, Yunanıstan, Sloveniya, Portuqaliya, Fransa;

Cənubi Amerika - Braziliya, Çili, Paraqvay, Argentina, Uruqvay;

Şimali Amerika - ABŞ, Meksika və Honduras; Afrika - CAR, Qana, Kot d`İvuar, Kamerun, Nigeriya və Əlcəzair;

Asiya - Avstraliya, Yaponiya, Cənubi Koreya və Şimali Koreya;

Okeaniya - Yeni Zelandiya.

2010-cu il dünya çempionatı final oyunları iyunun 11-də başlayacaq və düz bir ay davam edəcək. Çempionatın oyunları bu ölkənin 10 stadionunda oynanılacaq və Yohannesburq şəhərinin "Sokker Siti" arenasında keçiriləcək final matçı ilə başa çatacaq.

Dünya çempionatının final mərhələsinin qrup oyunlarının püşkatma mərasimi dekabrın 4-də Keyptaunda keçiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Macarıstanla Azərbaycan arasında hərbi sənəd imzalanacaq

Bölmənin digər xəbərləri
 
Nizami Paşayev podiuma qayıdır
İkiqat dünya çempionu üçün Pekindən sonra ilk ciddi sınaq

"Qəbələ" "Qarabağ"a çatdı
Futbol çempionatında ilk dövrənin son turu başlandı

"Araz" qələbə ilə başladı
Futzal üzrə UEFA kubokunun elit raundunun ilk turunun oyunları keçirilir. Bakıda təşkil olunan "D" qrupunun oyunları çərçivəsində 2 görüş baş tutub.

Boks yığmamıza Kubadan məşqçilər gətirildi
Boks üzrə Azərbaycan yığma komandasına iki kubalı məşqçi gətirilib. Bunlar Xesus Yu Polyer və Lazaro Ximenesdir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər