Təbrizli hərbi həkimin şübhəli ölümü
|
Üç fərqli səbəb göstərilir
Şənbə, 21.11.2009
|
|
mətn ölçüsü |
|
|
|
Bəlli olduğu kimi, İranda 12 iyun prezident seçkilərindən sonrakı olaylarda çoxlu adam tutulmuşdu və bu insanların həbsxanalarda işgəncələrə məruz qoyulduğu barədə xəbərlər dünya mediasını dolaşırdı. Ən çox Kəhrizək həbsxanasının adı çəkilirdi. Rüsvayçı faktlar ortaya çıxdıqdan az sonra bu həbsxananın qapadıldığı bildirildi.
Türkiyənin "Milliyyət" qəzetindən oxuduğumuz son xəbərə görə, həmin bədnam həbsxananın hərbi həkimi, 26 yaşlı təbrizli Ramin Purandercani şübhəli bir şəkildə ölmüşdür. Onun ölümü bir-birindən çox uzaq olan üç səbəblə izah edilir: intihar, avtomobil qəzası və zəhərlənmə. Xəbərdə belə bir xüsusat qeyd olunur ki, həkim Purandercaniyə olaylarda tutulmuş və sonradan həyatını itirmiş məhbusun meningitdən öldüyünü bildirməsi üçün təzyiqlər edilirmiş.
|
|
|
|
|
|
|