Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Səttar xanın vəfatından 95 il ötdü
Səttar xanın vəfatından 95 il ötdü
İrana konstitusiya bəxş etmiş bir şəxsin anılması yasaq
Şənbə, 21.11.2009

S.Sədi mətn ölçüsü  

Məşrutə Hərəkatının öndəri, "Sərdari-milli" deyə qürurla andığımız Səttar xanın vəfatından 95 il ötdü. Bizə çatan xəbərlərə görə, Azərbaycan türklərinin Tehranda, Təbrizdə dinc anım mərasimləri maneçiliklə üzləşib. Halbuki indiki hakimiyyət Güney Azərbaycan türklərinə ehtiyacı olanda onun adı ilə "fəxr etdiklərini" söyləməkdən yorulmaz, böyük azərbaycanlıların ilk sırasında Səttar xanın adını "qürurla anarlar". Son prezident seçkilərində də iddiaçılar onun şəninə təriflər yağdırmaq yarışına çıxmışdılar. İrana Ana Yasa bəxş etmiş bu hərəkatın lideri seçkidən sonrakı müxalifətin - özünü "yaşıllar", "demokrat" adlandıranların da yadına düşməyib.

Qaradağlı Səttar xanın həyatı və mübarizəsi həm İranda, həm də Azərbaycanda hər kəsə bəllidir. O, türk dünyasının qürur duyacağı tək-tək şəxslərindəndir. O, xalqa siyasi azadlıqlar verilməsini, ölkənin qanunla idarə olunmasını istəyirdi. Tarixdən bilirik ki, Səttar xanın başçılıq etdiyi bu siyasi hərəkatı boğmaq üçün daxili və xarici düşmənlər - şah sarayı, çar Rusiyası və Böyük Britaniya birləşmişdilər. Lakin savaş meydanında onu yenə bilməmişdilər.

Onu məhv etmək üçün plan qurdular: Səttar xan Tehrana dəvət olunsun... Səttar xan qorxmadı, yaxın silahdaşı Bağır xanla birlikdə 100 nəfərlik mücahid qrupunun müşayiəti ilə 1910-cu il martın 19-da Təbrizi tərk edib, Tehrana yola düşdü. Aprelin 14-də Səttarxan 300 nəfər mücahidin (yolboyu ona Azərbaycandan daha 200 nəfər döyüşçü qoşulmuşdu) müşayiəti ilə İranın paytaxtına gəldi. Yol boyu hər iki qəhrəmana əhali tərəfindən göstərilən təntənəli hörmət, xüsusi ilə paytaxtda möhtəşəm qarşılanma mərasimi o dövr mətbuatında təsvir edilmişdir. Belə bir qarşılanma İran tarixində heç bir ən ali rütbəli şəxsə müyəssər olmamışdı.

Ancaq çox keçmədən hökumətin təşkil etdiyi xəyanətkar hücum nəticəsində (hücuma daşnak Yefrem başçılıq edirdi) Səttar xan ayağından yaralandı. Ev dustağı edildi və saxlandığı evdə 1914-cü il noybarın 9-da dünyasını dəyişdi. Onu Tehranın 6 km-liyində yerləşən Şah Əbdüləzim qəbristanlığında, Tuti bağında dəfn etdilər. Səttar xanın öldürülməsindən ürəyi soyumayanlar onun qardaşı oğulları Məhəmməd və Kərimi də dar ağacından asdılar.

Onun Rusiya konsulu ilə dialoqu hələ də dillərdədir. O zaman çarın konsulu Səttar xana Rusiya bayrağına sığınmağı təklif etmişdi. Onda Sərdari-milli demişdi: "Mən dünyadakı 72 dövlətin mənim bayrağım altında olmasını istərdim". Səttar xan qaldırdığı azadlıq bayrağını nəzərdə tuturdu.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Ümidvaram ki, bu radiolar yenidən FM-də yayımlanacaq"

Bölmənin digər xəbərləri
 
Təbrizdə təcili görüş
Davutoğlu Əhmədinejadı qane edə biləcəkmi?

Təbrizli hərbi həkimin şübhəli ölümü
Üç fərqli səbəb göstərilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər