Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Təbrizdə təcili görüş
Təbrizdə təcili görüş
Davutoğlu Əhmədinejadı qane edə biləcəkmi?
Şənbə, 21.11.2009

mətn ölçüsü  

Srağagün Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Kabul səfərini başa vurub geri dönərkən təyyarəsi Təbriz hava limanına enib (Anadolu agentliyi). Onu burada Türkiyənin Tehran böyük elçisi Səlim Karaosmanoğlu və Təbriz valisi Məscidi-Nasiriyyə qarşılamışlar. Təbrizdə Əhməd Davutoğlu və həmin gün buraya gəlmiş olan İran prezidenti Mahmud Əhmədinejad arasında danışıqlar aparılacağı, o cümlədən İrvnın nüvə proqramı ilə bağlı məsələnin müzakirə mövzusu olacağı bildirilir.

"Milliyyət"in yazdığına görə, Kabildə Həmid Karzainin andiçmə törəninə qatılan Davutoğluya İran prezidentinin həmin törənlərdə iştirak üçün gəlmiş müavini Məhəmməd Rza Rəhimi bir dəvət çatdırıb. Ortada olan Hillari Klinton, İngiltərə və Fransa xarici işlər nazirləri ilə görüşüb məsləhətləşdikdən sonra gecəykən Təbrizə enmişdir.

Bəlli olduğu kimi, bu ərəfədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEK) sədri Məhəmməd əl-Baradey aşağı dərəcəli zənginləşdirilmiş uranın Türkiyədə depolanmasına - yəni uranın xaricə göndərilərək yanacaq halına gətirilməsinə dair təklifini Tehran hakimiyyəti rədd etmişdi. İranın xarici işlər naziri Mənuçöhr Müttəkinin də Təbrizə gəlməsi burada məhz həmin məsələ ətrafında ciddi müzakirələrin gedəcəyini göstərmişdir. Ehtimal ki, Tehran öz mövqeyini dəyişmək niyyətinə düşmüş olsun. Hər halda, Rusiya və Çinin də İrana münasibətdə ABŞ başda olmaqla Qərb alyansının yanında yer almağa meylli olması Əhmədinejadı narahat etməyə bilməzdi. Davutoğlunun isə Hillari Klinton, ingilis və fransız həmkarlarından İran rəhbərliyinə nə kimi ismarıclarla gəldiyini yalnız təxmin etmək olar.

Türkiyə xarici siyasət idarəsi başçısı ilə görüş üçün ölkədə bir türk şəhərinin seçilməsi, Əhmədinejadın həmin gün Təbriz əhalisinin qarşısına çıxması, "Təxti" stadionunda yağış altında onu dinləyən Azərbaycan türklərinin ünvanına tərifli sözlər söyləməsi indiki anda güclü və nüfuzlu siyasi himayəyə bərk ehtiyac duyan Tehranın Ankaraya və Bakıya bir ismarıcı da ola bilərdi. Hər halda, İranın qarşısında Türkiyədən başqa bel bağlanası səmimi ölkə qalmayıb. Üstəlik də, Avropa Birliyindən bir üz görməyən Türkiyənin son zamanlar öz liderliyi altında Türk-İslam Birliyi formalaşdırmaq yönündəki çalışmaları Tehranın işinə yaramış olmalıdır. Beynəlxalq təcrid və son günlər İranın üzərinə dünya çapında maliyyə basqıları Əhmədinejadı və komandasını qorxutmaya bilməz. İranın Azərbaycan Respublikası vətəndaşları üçün viza rejimini birtərəfli qaydada götürmək jestinə də bu narahatlıq kontekstindən baxmaq lazım gəlir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yerevan yeni səfirini təyin etdi

Əhmədinejada dini rəhbərdən xeyir-dua

Tehran Təbrizə gözdağı verir?

"Yaşasın Azərbaycan!", "Traktor!", "Burası Təbriz!"...

Yarım milyon türk balası birinci sinfə gedir

Bölmənin digər xəbərləri
 
Səttar xanın vəfatından 95 il ötdü
İrana konstitusiya bəxş etmiş bir şəxsin anılması yasaq

Təbrizli hərbi həkimin şübhəli ölümü
Üç fərqli səbəb göstərilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər