Xalq yazıçısı Çingiz Abdullayevin əsərləri Çin dilinə tərcümə olunacaq. Çingiz Abdullayevin sözlərinə görə, artıq Çindən zəng edərək onun əsərlərinin Çin dilində tərcüməsi üçün icazə istəyiblər: "Mənim əsərlərim artıq 28 dilə tərcümə olunub. Bu sırada növbəti dil isə Çin dili olacaq. Mən buna çox sevinirəm. Hər zaman gənclərin kitaba həvəs göstərmələrini istəmişəm. Hansı yazıçının əsərlərini oxumalarının fərqi yoxdur, ancaq oxusunlar. Deyəndə ki, azərbaycanlılar kitab oxumur, bu mənə çox pis təsir edir. Axı biz oxuyan xalqıq və həmişə oxumuşuq. Bunu da dünyaya sübut etməliyik".
İsmayıl Şıxlı yad edildiBakı Slavyan Universitetində filologiya fakültəsi tələbələrinin geniş iştirakı ilə xalq yazıçısı İsmayıl Şıxlının 90 illik yubiley tədbiri olaraq toplantı keçirilmişdir.
Londonda "Qarabağ şikəstəsi" oratoriyası səslənəcəkXalq artisti Mənsum İbrahimov İngiltərəyə səfər edib. Xanəndə İngiltərənin paytaxtı Londonda noyabrın 21-22 tarixlərində konsert proqramı ilə çıxış edəcək.
Uşaqların I forumu keçiriləcəkNoyabrın 23-24-də Azərbaycan uşaqları I foruma toplaşır. 2009-cu il - "Uşaq ili"nin yekunu və Uşaq Hüquqları Konvensiyasının 20 illiyi ilə bağlı keçiriləcək forumu "NUR" Uşaq və Gənclər İctimai Birliyi təşkil edib.