Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Tikinti xaosunun yaratdığı daha bir problem
Tikinti xaosunun yaratdığı daha bir problem
Kanalizasiya xətləri dözmür
Şənbə, 21.11.2009

Aynurə mətn ölçüsü  

Yağış yağanda Bakının hətta mərkəzi küçələrində yağış sularının yığılması adi haldır. Mərkəzdən uzaq olan rayonlarda isə vəziyyət daha acınacaqlı olur. Odur ki, qış aylarında, yağışlı havalarda sakinlərin çökəklərdəki su quyucuqlarına düşməmək üçün yolu tullana-tullana getməsi gülməli deyil, ağlamalı görünür. Bəzən yağışların aramsız yağması nəticəsində Bakı şəhərinin bir neçə yaşayış sahəsi sellərin qurbanına çevrilir. Məsələn, paytaxtın Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov, Bəşir Səfəroğlu, Bala Mirzəyev, Sabir, Xaqani küçələri, Xətai, Elmlər Akademiyası metro stansiyalarının yaxınlığı, Böyük Şor, Çermet, Xutor, Masazır, Keşlə və digər yaşayış massivləri kanalizasiya sisteminin işləmədiyi səbəbindən su içində qalır.

Əfsuslar olsun ki, bölgələrdə də bu baxımdan vəziyyət bərbaddır. Məsələn, oktyabrın sonu noyabrın əvvəli yağışların normadan artıq yağması bölgələrdə sel və daşqınlara səbəb oldu. Bəlli olduğu kimi, Hacıqabul, Bərdə, Qusar, Xaçmaz, Neftçala, Salyan və digər rayonlarda yüzlərlə ev su altında qaldı. Təbii fəlakətin baş verməsində yağmurlu hava şəraiti rol oynasa da, əsas səbəb bu ərazilərdə kanalizasiya sistemlərinin bərbad vəziyyətdə olmasıdır. Tək onlarda deyil, 40-a yaxın digər rayonda da kanalizasiya xətlərinin işləmədiyi kəskin yağışlar zamanı daşqın və sellərin baş verməsinə gətirib çıxarır.

Əslində yağış kanalizasiya xətləri ilə kommunal kanalizasiya xətləri fərqlidir. Və paytaxtda birincinin uzunluğu çox kiçik olduğundan yağış suları kommunal xətlərə tökülür ki, nəticədə ətrafı üfunətli su basır.

Tikinti və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin bildirdiyinə görə, son illərdə Bakı şəhərində yeni binaların tikilməsi və əhalinin artımı kanalizasiya sisteminin işini iflic vəziyyətə salıb.

Araşdırmalar göstərir ki, ötən əsrin 60-cı illərində istismara verilmiş kanalizasiya xətlərinin sugötürmə qabiliyyəti o dövrdə inşa edilən yaşayış evlərinin sayına uyğun hesablanıb. Bakı şəhərinin kanalizasiya sistemi qurularkən 2 miylonluq əhalinin yaşadığı evləri əhatə edib. Ötən 50 il ərzində Bakıda 10 minlərlə qanunsuz ev tikilib və onların heç birinin mühəndis-kommunikasiya vasitəsi plana uyğun deyil.

O cümlədən, həmin evlərin kanalizasiya xətlərinin mərkəzi şəbəkəyə, yəni baş plandakı sxemə aidiyyəti yoxdur. Amma onlar qanunsuz da olsa, mərkəzi şəbəkəyə qoşulub. Bundan əlavə, yeni tikilən göydələnlərdə istifadə edilən sular da kanalizasiyaya axıdılır. Hazırda Bakı şəhəri əhalisinin 80 faizinin kanalizasiyaya çıxışı var. Hesablamalara görə, sugötürmə qabiliyyəti saniyədə 1 ton olan kəmərlərə saniyədə 3 ton su vurulur.

"Azərsu"nun məlumatına görə, Bakı ilə yanaşı, rayonlarda da kanalizasiya xətləri bərbad vəziyyətdədir. 45-ə yaxın rayonda kanalizasiya sistemi ümumiyyətlə yox səviyyəsindədir. Respublikada bütün kanalizasiya xətlərinin yeniləşməsinə 2 milyard manatdan çox vəsait tələb olunur. "Azərsu"nun isə bu qədər vəsaiti yoxdur.

Hökumət ölkənin su və kanalizasiya sistemlərinin yenidən qurulması üçün xarici maliyyə institutları ilə kredit ayrılması barədə danışıqlar aparmaqdadır. Hazırda bir neçə müqavilə imzalanıb. Dünya Bankı ilə Azərbaycan hökuməti arasında su-kanalizasiya şəbəkəsinin yenidən qurulmasına dair sənəd imzalanıb. Layihə çərçivəsində Azərbaycanın 21 rayonunun kanalizasiya sistemi yenidən qurulacaq. Asiya İnkişaf Bankı isə bu məqsədlə ölkəmizə 70 milyon dollar vəsait ayırıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Korrupsiya tablosunda 16 pillə "təmizləndik"
Keçən il 158, bu il isə 143-cü sırada yer aldıq

Bələdiyyələr elektron xəritə istəyir
Komitə isə əsasnamənin sadələşdirilməsini təklif edir

Ətraf ölkələrdə əhali sürətlə artır
Bəs, Azərbaycanı hansı perspektiv gözləyir?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər