Hal-hazırda Ayna qəzetinin 21.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 21.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bələdiyyələr elektron xəritə istəyir
Komitə isə əsasnamənin sadələşdirilməsini təklif edir
Şənbə, 21.11.2009

Aynurə Əhmədova mətn ölçüsü  

Bələdiyyələr elektron xəritələrinin yoxluğundan narazıdır. Xəritədə bələdiyyələrin sərhədləri, qonşuları, bölgü nöqtələri göstərilməlidir. Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifov deyir ki, bələdiyyələrin özlərinin həmin elektron xəritələri hazırlamaq üçün texniki vəsaitləri yoxdur: "Ona görə yaxşı olardı ki, bu elektron xəritələr müvafiq dövlət orqanları ilə birgə hazırlansın". Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədri İlham Xəlilov isə hesab edir ki, xəritələr hazırlanarkən bələdiyyələrlə bağlı son dəyişikliklər mütləq nəzərə alınmalıdır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı Ədalət Salmanovun sözlərinə görə, hazırda ölkədəki inzibati ərazi vahidlərinin xəritələri hazırlanır. Bu xəritələrin hazırlanma qaydaları Nazirlər Kabinetində baxıldıqdan sonra təsdiqlənmək üçün Prezident Administrasiyasına göndərilib. Komitə təmsilçisi dedi ki, bu xəritələrin hazırlanması kifayət qədər mürəkkəb işdir. Ona görə də "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamələr verilməsi haqqında" Əsasnamədəki tələblər bir qədər sadələşdirilməlidir.

Yeri gəlmişkən, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədovun fikrincə, layihədə, ümumiyyətlə, xeyli mürəkkəb mexanizmlər nəzərdə tutulur ki, onları mütləq sadələşdirmək lazımdır. "Sənəddə hüquqi şəxslərin adları həddindən artıq çoxdur" - deyən nazirlik rəsmisi eyni zamanda bildirdi ki, bələdiyyələrin birləşməsi prosesindən sonra Azərbaycanda hazırda yerli özünüidarəetmə orqanlarının sayı 1718-ə enib. "Qeyd edim ki, bundan sonra da bələdiyyələrin sayının artma ehtimalı azdır, nəinki azalma" - deyə F.Məmmədov qeyd etdi.

Əsasnamə layihəsi hazırdır. MM Aparatının bələdiyyələrlə iş sektorunun müdiri İdrak Qarayevin dediyinə görə, bu sənəd bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamələr verilməsi qaydasını müəyyən edir. Sənədə əsasən, bütün mövcud bələdiyyələr Dövlət reyestrinə daxil edilir və onlara şəhadətnamə verilir. Sektor müdiri həmçinin qeyd etdi ki, bələdiyyələrin Dövlət reyestri bələdiyyələrə dair sənədləşdirilmiş məlumatları əks etdirən dövlət informasiya ehtiyatı mənbəyidir.

Əsasnamə layihəsində göstərilir ki, yeni yaradılmış, ayrılmış və birləşmiş bələdiyyələrin Dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamə verilməsi qanunvericiliyə uyğun olaraq həmin bələdiyyələrə keçirilmiş seçkilərin nəticələri rəsmi təsdiq edildikdən sonra həyata keçirilir. Eyni zamanda, Azərbaycanda bələdiyyələrin Dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamə verilməsi MM Aparatının müvafiq struktur bölməsi tərəfindən aparılacaq. Bununla yanaşı, Əsasnamə layihəsində qeyd olunur ki, Dövlət reyestri vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır. Dövlət reyestri bələdiyyələrə dair məlumatlardan və sənədlər formasından ibarətdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hökməlidə hökm kimin olacaq?..

Kredit alanların məsuliyyəti artacaq

Bakıətrafı yaşayış massivlərində "söküntü" həyəcanı

YAP bələdiyyə seçkilərinə hazırlaşır

DİN sahə rəisi institutu yaradır

Bölmənin digər xəbərləri
 
Korrupsiya tablosunda 16 pillə "təmizləndik"
Keçən il 158, bu il isə 143-cü sırada yer aldıq

Tikinti xaosunun yaratdığı daha bir problem
Kanalizasiya xətləri dözmür

Ətraf ölkələrdə əhali sürətlə artır
Bəs, Azərbaycanı hansı perspektiv gözləyir?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər