Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
MTRŞ-dan telekanallara son xəbərdarlıq
MTRŞ-dan telekanallara son xəbərdarlıq
Nuşirəvan Məhərrəmli: "Əgər şou proqramlarla bağlı vəziyyət belə davam eləsə..."
Şənbə, 14.11.2009


Eldəniz
mətn ölçüsü  

"Telekanallarda şou proqramlarla bağlı vəziyyət son günlər yenidən əvvəlki vəziyyətinə qayıdıb. Ona görə də biz inzibati metodlara əl atmağa məcburuq". Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli MTRŞ-nın Elektron Mediaya Yardım Fondu ilə birgə bu gün "Şou-proqramlar, şou-problemlər" mövzusunda təşkil etdiyi təlim kursunda bildirib.

Onun sözlərinə görə, əgər şura inzibati metodlara əl atsa, telekanallar bundan zərər çəkəcək: "Mən bununla onları qorxutmaq istəmirəm. Hələ ki, kanallara tövsiyələr verilir. Əgər şou proqramlarla bağlı vəziyyət belə davam eləsə, telekanallara elə zərbə dəyə bilər ki, həmin proqramlardan əldə etdikləri gəlirlər də heç olar. "Televiziya və radio yayımı haqqında" qanundakı müəyyən maddələri tətbiq etsək, telekanalların vəziyyəti o qədər də yaxşı olmaz. Bu məsələ artıq şurada müzakirə olunur".

N. Məhərrəmlinin sözlərinə görə, Azərbaycanın efir məkanında şou proqramlarla bağlı bütün verilişlər bərbad gündədir: "Sanki müğənnilərdən başqa Azərbaycanda aparıcı sima yoxdur. Yenə də həmin bu müğənnilərin efir mədəniyyəti, səviyyəsi, davranış mədəniyyəti olsaydı, buna göz yummaq olardı. Bu problem bu və ya digər dərəcədə bütün telekanallarda var. Efirdə bir-biri ilə zarafat edəndə elə hesab edirlər ki, bununla verilişə duz-istiot qatırlar. Amma unutmaq olmaz ki, duzu, istiotu çox olanda yeməyin, ümumiyyətlə, dadı olmur. Radiolarda vəziyyət daha da acınacaqlıdır. Sanki mətbəxdə oturub çay içə-içə söhbət edirlər".

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"

"Maşın" realiti-şou 9-cu sürəti ilə efirə qayıdır

Azəri qızı Günel teleaparıcı oldu

Serial təkcə Bakı teleməkanında çəkilmir

Kim neçə dəfə nikaha girib?

Bölmənin digər xəbərləri
 
Daha bir tarixi bina sökülə bilər
Artıq binanın kommunal xidmətləri dayandırılıb

Azərbaycan alimi casusluqda ittiham olunur
İran məhkəməsi Rəşid Əliyevlə bağlı vəsatəti qəbul etmədi

Dəllallar üç ailəni evsiz qoyublar
Məhkəmələrdən ədalət görməyən ailələrin ümidi dövlət başçısınadır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər