Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Dəllallar üç ailəni evsiz qoyublar
Məhkəmələrdən ədalət görməyən ailələrin ümidi dövlət başçısınadır
Şənbə, 14.11.2009

S.Abbas mətn ölçüsü  

"Məhkəmə icraçılarının fəaliyyətsizliyi ucbatından üç ailə küçəyə atılıb. Məhkəmələr (Səbail rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi) zərərçəkmişlərin lehinə qərar çıxarsa da, bu hökm icra edilməmiş qalır: vətəndaşların mənzillərini və aldadılaraq alınan pullarını qaytarmayıblar".

"Turan"ın məlumatına görə, bunu bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçirdikləri mətbuat konfransında iddiaçı İlahə İlyasova və vəkili Elçin Sadıqov bildirib.

Məlumata görə, iki il əvvəl Gəncədə ümumi evlərini satan üç bacı Bakıda bir qrup dəllala guya Suraxanı rayonunun Hövsan qəsəbəsində alınmış əmlaka görə pul ödəyiblər. Lakin məlum olub ki, ev artıq satılıb və orada başqası yaşayır. Bacılar fırıldaqçılıq faktı ilə əlaqədar polisə müraciət ediblər, amma onlara məhkəməyə getmək tövsiyə olunub. Bundan başqa, İlahə İlyasovanın sözlərinə görə, Suraxanı rayon polisinin əməkdaşı Elton Cəfərov iddiaçıları hədələyib.

Bununla belə, bu fırıldağı həyata keçirən şəxs - Məmmədov Malik Allahbağış oğluna qarşı iddia müsbət nəticələnib. Birinci instansiya məhkəməsi ötən il iyunun 24-də Məmmədovdan İlyasovanın xeyrinə 18 min manat tutulmasını qərara alıb, cari il yanvarın 29-da isə Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Lakin Məmmədovun pulu ödəməkdən imtina etməsi ilə əlaqədar bu il iyunun 22-də Səbail rayon Məhkəməsi ona məhkəmə qərarının icrasından yayındığına görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyi barədə xəbərdarlıq edib. Eyni zamanda, məhkəmə məhkəmə icraçılarının üzərinə qərarı icraata götürmək öhdəliyi qoymayıb. Bundan başqa, Səbail rayonu məhkəmə nəzarətçilərinin rəhbəri Rəsul Yusubov iddiaçının Məmmədov barəsində iddianı geri götürməsi və onunla barışması üçün iddiaçıya 500 dollar təklif edib.

Məhkəmə iclasları arasındakı vaxt ərzində İlahə İlyasova bir neçə dəfə Məmmədov tərəfindən hədələrə, həm də müxtəlif şəxslər tərəfindən fiziki zorakılıqlara məruz qaldığını da bildirib.

Bütün bu iki il ərzində ədalət gözləyən ailələr bu gün küçədə qalıblar. Sonuncu kirayə tutduqları Nizami rayonu, Naxçıvanski küçəsi 54-a ünvanında yerləşən mənzilin sahibi, polis əməkdaşı Zəfər Qasımov xəbərdarlıqsız onları mənzildən çıxarıb. Vəkil Elçin Sadıqov Səbail rayon məhkəmə icraçılarının fəaliyyətsizliyi barədə şikayət hazırlayaraq prezidentə, Prezident Administrasiyasına və Ədliyyə Nazirliyinə göndərib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
Daha bir tarixi bina sökülə bilər
Artıq binanın kommunal xidmətləri dayandırılıb

Azərbaycan alimi casusluqda ittiham olunur
İran məhkəməsi Rəşid Əliyevlə bağlı vəsatəti qəbul etmədi

MTRŞ-dan telekanallara son xəbərdarlıq
Nuşirəvan Məhərrəmli: "Əgər şou proqramlarla bağlı vəziyyət belə davam eləsə..."



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər