![]() |
çap et |
|
|||
Milli Məclisin dünənki iclasında Pənah Hüseyn vitse-spiker Valeh Ələsgərovun bir neçə gün əvvəl dediyi sözlərə münasibət bildirdi. Deputat söylədi ki, ölkənin iqtisadi vəziyyətini nümayiş etdirmək üçün yalnız makroiqtisadi göstəricilərdən istifadə kifayət deyil: "Valeh müəllim demişdi ki, kimsə başqa bir göstərici icad etsə, ona Nobel mükafatı verərlər. Amma mən demək istəyirəm ki, artıq belə bir iqtisadçı alim var. Con Stivens adlı alim belə bir göstəricilər icad edib və buna görə Nobel mükafatı da alıb. İstəsəniz, onun ingilis dilindəki kitabını sizə verə bilərəm. Valeh müəllim ingiliscə bilir, onu oxuya bilər".
Söz altında qalmaq istəməyən Valeh Ələsgərov Stivensin kitabından xəbərdar olduğunu, amma onun başqa bir məsələyə görə Nobel aldığını bildirdi: "Mən əminəm ki, Pənah bəy Stivensin kitabını oxumayıb. Oxusaydı, o sözləri deməzdi. İqtisadiyyat üçün alternativ göstəricilər üzərində işləyən alimlər çoxdur. Amma ortaya bir şey çıxara bilməyiblər". Bu məsələyə ən maraqlı münasibəti spiker Oqtay Əsədov sərgilədi. Spiker Valeh Ələsgərovun ingilis dilini yaxşı bildiyini təsdiqlədi: "Amma mən bilmirdim ki, sən də ingilis dilini bilirsən. Burda ingilis dilini bilənlər çatışmır, xəbər edəydin". |