Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Pənah Hüseynlə Valeh Ələsgərovun Nobel söhbəti
Pənah Hüseynlə Valeh Ələsgərovun Nobel söhbəti
Oqtay Əsədov: "Pənah bəy, bilmirdim ki, ingilis dilini bilirsən"
Şənbə, 14.11.2009

F. Sabirqizi mətn ölçüsü  

Milli Məclisin dünənki iclasında Pənah Hüseyn vitse-spiker Valeh Ələsgərovun bir neçə gün əvvəl dediyi sözlərə münasibət bildirdi. Deputat söylədi ki, ölkənin iqtisadi vəziyyətini nümayiş etdirmək üçün yalnız makroiqtisadi göstəricilərdən istifadə kifayət deyil: "Valeh müəllim demişdi ki, kimsə başqa bir göstərici icad etsə, ona Nobel mükafatı verərlər. Amma mən demək istəyirəm ki, artıq belə bir iqtisadçı alim var. Con Stivens adlı alim belə bir göstəricilər icad edib və buna görə Nobel mükafatı da alıb. İstəsəniz, onun ingilis dilindəki kitabını sizə verə bilərəm. Valeh müəllim ingiliscə bilir, onu oxuya bilər".

Söz altında qalmaq istəməyən Valeh Ələsgərov Stivensin kitabından xəbərdar olduğunu, amma onun başqa bir məsələyə görə Nobel aldığını bildirdi: "Mən əminəm ki, Pənah bəy Stivensin kitabını oxumayıb. Oxusaydı, o sözləri deməzdi. İqtisadiyyat üçün alternativ göstəricilər üzərində işləyən alimlər çoxdur. Amma ortaya bir şey çıxara bilməyiblər".

Bu məsələyə ən maraqlı münasibəti spiker Oqtay Əsədov sərgilədi. Spiker Valeh Ələsgərovun ingilis dilini yaxşı bildiyini təsdiqlədi: "Amma mən bilmirdim ki, sən də ingilis dilini bilirsən. Burda ingilis dilini bilənlər çatışmır, xəbər edəydin".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

Tehran Təbrizə gözdağı verir?

İranda ermənilərin haqları təmin olunub

Yarım milyon türk balası birinci sinfə gedir

Bölmənin digər xəbərləri
 
Parlament debatlarında sensasion mülahizələr
Bu həftə MM son aylarda görünməmiş gərginliklə işlədi

Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?
Tərəflərdən müdafiə xərclərinə ehtiyatlı yanaşma

"Parlament seçkisi olmasın, artıq xərcdir"
Aydın Həsənovun "ciddi" təklifi sonradan "zarafat" adlandırıldı

"Azərbaycan Avropa Birliyinin enerji tərəfdaşına çevrilir"
İlham Əliyevin fikrincə, Bolqarıstanda imzalanmış sənədlər münasibətlərin sonrakı inkişafına əsas yaradacaq

"Azərbaycan BMT qarşısında yarımçıq hesabatla çıxış edib"
R.Cəfərovun sözlərinə görə, Cenevrədə keçirilən dinləmələrdə rəsmi Bakıya ünvanlanan sualların bir çoxu cavabsız qalıb

Avropa Şurasından Azərbaycana hədə
"Avropa Şurasına ancaq bu qurumun standartlarına və dəyərlərinə uyğun dövlətlər üzv ola bilər"

QKDK: cəza tədbirləri sərtləşdirilsin
Komitə cərimələrin həcmini 10-15 dəfə artırmağı məsləhət bilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər