Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Avropa Şurasından Azərbaycana hədə
Avropa Şurasından Azərbaycana hədə
"Avropa Şurasına ancaq bu qurumun standartlarına və dəyərlərinə uyğun dövlətlər üzv ola bilər"
Şənbə, 14.11.2009

İ.Abbaszadə mətn ölçüsü  

Beynəlxalq təşkilatlardan ölkəmizin ünvanına kəskin ittihamlar yağış kimi yağır. Məsələn, "Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanda həbs cəzasına məhkum edilmiş gənc bloggerlər Emin Milli və Adnan Hacızadəni "vicdan məhbusları" elan edib. "Turan"ın məlumatına görə, təşkilatın Avropa və Mərkəzi Asiya proqramının direktoru Nikola Dukvors deyib ki, iki fəala qarşı ittihamlar saxta olub. Təşkilat bu hökmü ifadə azadlığının boğulması və hökumətə qarşı tənqidlərə cavab kimi qiymətləndirir.

"Amnesty İnternational" Azərbaycan hökumətini gəncləri dərhal və şərtsiz həbsdən azad etməyə çağırır. Bu zaman təşkilat bloqçuların işinin obyektiv araşdırılmadığını qeyd edir.

E.Milli və A.Hacızadə noyabrın 11-də Səbail rayon məhkəməsinin qərarı ilə xuliqanlıq ittihamı ilə müvafiq olaraq 2,5 və 2 il həbs cəzasına məhkum ediliblər. Lakin yerli və beynəlxalq ictimaiyyət əmindir ki, gənclər internetdə nümayiş etdirdikləri fərqli düşüncələrinə görə təqib olunurlar.

Gənclərin həbsinə sərt mesajlardan biri də Avropa Şurasından gəlib. "Böyük zaman kəsimindən bizim işimizə nəzər salsan, həqiqətən də görərsən ki, Avropa Şurasının vəziyyəti dərhal dəyişmək, ona təsir etmək gücündə olan mexanizmləri yoxdur. Amma biz inanırıq ki, həm ümumilikdə, həm də, misal üçün, elə bloggerlərin işində Azərbaycanın Avropa Şurasındakı üzvlüyünün böyük zaman kəsimində faydası olacaq. Biz gərək səbirlə Azərbaycana təsir etməyə davam edək və inanırıq ki, Azərbaycanın Avropa Şurasında olması bu ölkədəki müsbət proseslərin inkişafına kömək edəcək". Bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland "Azadlıq" radiosu və "Turan" informasiya agentliyinə müsahibəsində deyir.

"Əgər vəziyyət əks tərəfə inkişaf edərsə, təbii ki, ölkənin bu qurumdakı üzvlük məsələsi gündəliyə gətiriləcək, çünki Avropa Şurasında ancaq bu qurumun standartlarına və dəyərlərinə uyğun dövlətlər üzv ola bilər", - deyə baş katib qeyd edib.

Belə ki, Avropa Birliyi prezidentliyi də gənclərin həbsi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda bu hökmdən narahatlıq ifadə olunub. "Turan" agentliyinə daxil olmuş bəyanatın mətnində deyilir: "Prezidentlik təəssüf edir ki, məhkəmə prosesi obyektiv olmayıb və hesab edir ki, bu qərar gələcəkdə Azərbaycanda ifadə azadlığını sarsıda bilər".

"Prezidentlik xatırladır ki, Azərbaycan ATƏT-ə və Avropa Şurasına daxil olarkən, habelə Avropa Birliyi ilə münasibət qurarkən demokratiyaya, ədalətli idarəetməyə, qanunun aliliyinə və insan hüquqlarına sadiq olduğunu bəyan edib. Prezidentlik təsdiq edir ki, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın demokratik institutlarının inkişafında ona yardım etmək istəyir və buna hazırdır".

Habelə mərkəzi ofisləri ABŞ-da yerləşən "Human Rights Watch" və "Freedom House" beynəlxalq hüquq müdafiə təşkilatları bloggerlərin həbsi ilə bağlı Azərbaycan hakimiyyətini tənqid edən kəskin bəyanatla çıxış ediblər.

"Bu, ifadə azadlığı məsələsində geriyə doğru addımdır və ifadə azadlığına qarşı düşmənçiliyin güclənməsinə dəlalət edir", - deyə "Human Rights Watch"un bəyanatında bildirilir. "Ölkə hakimiyyəti müxalif jurnalistləri cəzalandırmaq üçün saxta ittihamlardan istifadə edirdi və bu halda da gənclərin həbsi üçün eyni metoda əl atılıb", - təşkilatın Cənubi Qafqaz üzrə nümayəndəsi Giorgi Qodia belə hesab edir.

"Freedom House"un bəyanatında deyilir ki, bloggerlərin həbsi Azərbaycanda yeni media növlərinin fəaliyyətinə ciddi zərbə oldu. Beləliklə, hakimiyyət ifadə azadlığının vəziyyəti haqqında çox pis ismarıc göndərdi və hesab edir ki, əməlləri cəzasız qalacaq", - təşkilatın icraçı direktoru Cenifer Vinzdor deyib.

Təşkilat Azərbaycanda Qərb radiostansiyalarının yayımının dayandırılması və hökuməti tənqid etdiyinə görə çoxsaylı jurnalistlərin həbsi faktlarını xatırladır. Bütün baş verənlər hakimiyyətin bələdiyyə və sonrakı parlament seçkiləri ərəfəsində KİV sahəsini daha çox nəzarətə götürmək cəhdi kimi qiymətləndirilir.

"Ənənəvi mətbuat növlərinin fəaliyyətinin kəskin şəkildə məhdudlaşdırılmasından sonra Azərbaycanda sosial jurnalistika və onlayn müzakirələr xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Buna görə bloggerlərin həbsi xüsusilə narahatlıq doğurur, çünki cəmiyyətin informasiya əldə etmək imkanlarını məhdudlaşdırır", - deyə təşkilatın digər nümayəndəsi Kristofer Uolker qeyd edib.

"Sərhədsiz reportyorlar" isə öz bəyanatında qeyd edir ki, "məhkəmə əvvəldən axıra kimi biabırçı olub". Avropa İnsan Hüquqları Konvensiyasını imzalamış bir ölkə necə bu qədər kobud və həyasız hərəkət edə bilər", - deyə bəyanatda çox kəskin şəkildə qeyd olunur.

Analitiklərə görəsə, bütün verilən bu bəyanatlar nə qədər sərt səsləndirilsə də, nəticəsiz qalacaq. Azərbaycan hökuməti yalnız öz iradəsi ilə kimisə azad edə bilər və sözsüz ki, 2010-cu il parlament seçkilərinə qədər ictimai baxımdan fəal olan gənclər və baş redaktorların azad ediləcəyi gözlənilmir. Avropa Şurasında isə Azərbaycanın üzvlük məsələsinə baxılmayacaq. Ən azı Azərbaycan tərəfi bu qurumun Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe və ya elə Ermənistanda keçirilən son prezident seçkilərində baş verənlərə görə bu ölkəyə qarşı hər hansı sanksiya tətbiq etmədiyini qabardaraq, Avropa Şurasını qərəzli olmaqda ittiham edəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

İran: amansız repressiyalar davam edir

Azərbaycanlı jurnalist vəkilsiz mühakimə olunub

Jurnalist Həsən Ərk həbs edildi

Bölmənin digər xəbərləri
 
Parlament debatlarında sensasion mülahizələr
Bu həftə MM son aylarda görünməmiş gərginliklə işlədi

Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?
Tərəflərdən müdafiə xərclərinə ehtiyatlı yanaşma

"Parlament seçkisi olmasın, artıq xərcdir"
Aydın Həsənovun "ciddi" təklifi sonradan "zarafat" adlandırıldı

"Azərbaycan Avropa Birliyinin enerji tərəfdaşına çevrilir"
İlham Əliyevin fikrincə, Bolqarıstanda imzalanmış sənədlər münasibətlərin sonrakı inkişafına əsas yaradacaq

"Azərbaycan BMT qarşısında yarımçıq hesabatla çıxış edib"
R.Cəfərovun sözlərinə görə, Cenevrədə keçirilən dinləmələrdə rəsmi Bakıya ünvanlanan sualların bir çoxu cavabsız qalıb

Pənah Hüseynlə Valeh Ələsgərovun Nobel söhbəti
Oqtay Əsədov: "Pənah bəy, bilmirdim ki, ingilis dilini bilirsən"

QKDK: cəza tədbirləri sərtləşdirilsin
Komitə cərimələrin həcmini 10-15 dəfə artırmağı məsləhət bilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər