Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Azərbaycan BMT qarşısında yarımçıq hesabatla çıxış edib"
R.Cəfərovun sözlərinə görə, Cenevrədə keçirilən dinləmələrdə rəsmi Bakıya ünvanlanan sualların bir çoxu cavabsız qalıb
Şənbə, 14.11.2009

İ.Telmanoğlu mətn ölçüsü  

Cümə günü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycan üzrə keçirilən dinləmələrin yekunlarına dair mətbuat konfransı keçirilib("Turan").

Cenevrədəki dinləmələrdə iştirak etmiş RATİ əməkdaşı Rəsul Cəfərov Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsinin (İƏK) 43-cü sessiyası çərçivəsində Azərbaycanda işgəncə və digər qeyri-insani davranış halları ilə bağlı müzakirələrin yekun nəticələri haqqında məlumat verərək, Azərbaycan hökumətinin İƏK-ə təqdim etdiyi 3-cü dövri hesabatın ümumi xarakter daşıdığını, yarımçıq və anlaşılmaz olduğunu bildirib.

O, Azərbaycan hökuməti tərəfindən təqdim edilən hesabatda dəqiq statistik məlumatların verilmədiyini, Cinayət Məcəlləsində işgəncə tərifində "ayı-seçkilik" anlayışının nəzərdə tutulmadığı, 2001-2008-ci illərdə CM-in 133-cü maddəsi ilə 161 şəxsin məsuliyyətə cəlb edilməsinin təfərrüatlarının izah edilmədiyi, hüquqi yardım səviyyəsinin aşağı olduğu, gənc bloggerlər Adnan Hacızadə və Emin Millinin tibbi yardım almadığı və s. kimi məqamları qeyd etmişdir.

Bununla belə, Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayev öz növbəsində bildirib ki, işgəncələrlə bağlı problemdə vətəndaş cəmiyyətinin çox böyük təqsiri var.

Qeyd edək ki, BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycan üzrə keçirilən dinləmələrdə hüquq müdafiə təşkilatlarından RATİ əməkdaşı Rəsul Cəfərov, Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan Azərbaycan QHT-ləri hesabat üzrə bəyanatla çıxış ediblər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Azərbaycan heyəti Cenevrədə çətinə düşüb

BMT Azərbaycan hökumətini tənqid etdi

İran: şübhəli "etiraflar" dalğası

İran: amansız repressiyalar davam edir

Bölmənin digər xəbərləri
 
Parlament debatlarında sensasion mülahizələr
Bu həftə MM son aylarda görünməmiş gərginliklə işlədi

Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?
Tərəflərdən müdafiə xərclərinə ehtiyatlı yanaşma

"Parlament seçkisi olmasın, artıq xərcdir"
Aydın Həsənovun "ciddi" təklifi sonradan "zarafat" adlandırıldı

"Azərbaycan Avropa Birliyinin enerji tərəfdaşına çevrilir"
İlham Əliyevin fikrincə, Bolqarıstanda imzalanmış sənədlər münasibətlərin sonrakı inkişafına əsas yaradacaq

Avropa Şurasından Azərbaycana hədə
"Avropa Şurasına ancaq bu qurumun standartlarına və dəyərlərinə uyğun dövlətlər üzv ola bilər"

Pənah Hüseynlə Valeh Ələsgərovun Nobel söhbəti
Oqtay Əsədov: "Pənah bəy, bilmirdim ki, ingilis dilini bilirsən"

QKDK: cəza tədbirləri sərtləşdirilsin
Komitə cərimələrin həcmini 10-15 dəfə artırmağı məsləhət bilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər