Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Azərbaycan Avropa Birliyinin enerji tərəfdaşına çevrilir"
"Azərbaycan Avropa Birliyinin enerji tərəfdaşına çevrilir"
İlham Əliyevin fikrincə, Bolqarıstanda imzalanmış sənədlər münasibətlərin sonrakı inkişafına əsas yaradacaq
Şənbə, 14.11.2009

C.Məmmədov mətn ölçüsü  

Prezident İlham Əliyev Belarusa səfəri çərçivəsində noyabrın 12-də Belarus Dövlət Universitetində olub. APA-nın məlumatına görə, Elmi Şuranın iclasını açan Belarus Dövlət Universitetinin rektoru Sergey Ablameyko Elmi Şuranın qərarı ilə Azərbaycan dövlətinin başçısına Belarus Dövlət Universitetinin fəxri professoru adı verildiyini bildirib. Azərbaycan dövlət başçısına bu universitetin fəxri professoru diplomu və mantiyası təqdim olunub. Sonra prezident universitetin professor-müəllim heyəti və tələbələri qarşısında məruzə ilə çıxış edib.

Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin inkişafından danışan dövlət başçısı iqtisadi sahədə qazanılan böyük uğurlardan söhbət açıb, iki ölkəni daha da yaxınlaşdıran bir çox birgə layihələrin həyata keçirildiyini bildirib.

Prezident Belarusa ikinci dəfə rəsmi səfər etdiyini, budəfəki səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı üçün indiyədək görülən işlərin təhlil edildiyini, əməkdaşlığın bundan sonra da genişləndirilməsi və dərinləşdirilməsi yollarının müəyyənləşdirildiyini qeyd edib. Sonra prezident universitet tələbələrinin suallarını cavablandırıb.

Dövlət başçısı dünən Belarusa rəsmi səfərini başa çatdıraraq Bolqarıstana qısamüddətli işgüzar səfərə yola düşüb. Prezidentin mətbuat xidmətindən verilən bilgiyə görə, İ.Əliyevi Minsk milli hava limanında Belarusun baş naziri Sergey Sidorski və digər rəsmi şəxslər yola salıblar.я

Bolqarıstan mənbələrinin yaydığı xəbərə görə, Əliyev bu ölkənin prezidenti Georgi Pırvanovla ikitərəfli danışıqlar aparıb. Görüşdə ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə edilib.

Sonra prezidentlərin iştirakı ilə Azərbaycanla Bolqarıstan arasında sənədlərin imzalanması mərasimi olub. "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Bolqarıstanın iqtisadiyyat, enerji və turizm naziri Trayço Traykov, "Bolqarıstanın "Bulqartransqaz" şirkəti ("Bulqarqaz" şirkətinin törəmə müəssisəsi) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı Anlaşma Memorandumu"nu isə "Bulqartransqaz"ın icraçı direktoru İvan Drenoviçki və ARDNŞ vitse-prezidenti Elşad Nəsirov imzalayıblar.

Bolqarıstan mətbuatının yazdığına görə,"Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi ilə Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum" 2011-2012-ci illərdə Azərbaycandan Bolqarıstana ən azı 1 milyard kubmetr qaz nəqlini nəzərdə tutur. Memorandumun imzalanması Bolqarıstana enerji resurslarının nəqlinin təhlükəsizlik səviyyəsini artıracaq və enerji mənbələrinin diversifikasiyasına imkan verəcək. Bu sənəd əsasında Azərbaycan Dövlət Neft Şirkəti və "Bulqartransqaz"ın iştirakı ilə birgə müəssisənin yaradılması planlaşdırılır. Sözügedən birgə müəssisə Azərbaycandan Bolqarıstana təbii qazın çatdırılması, Bolqarıstanın "Nabucco" qaz kəməri vasitəsilə almaq hüququna malik olduğu təbii qaz kvotası üçün resursların tapılması, həmçinin Qara dəniz vasitəsilə tankerlərlə daşınan sıxılmış qazın tranziti imkanlarını öyrənməyi planlaşdırır.

T.Traykovun sözlərinə görə, bu layihə reallaşarsa, Bolqarıstanın maye qaz terminalının tikintisində iştirakına zərurət olmayacaq. Xatırladaq ki, 2009-cu ilin yanvarında yaranmış qaz böhranı zamanı Bolqarıstan hökuməti ölkəyə qaz çatdırılmasının diversifikasiyası məqsədilə Yunanıstan və ya Türkiyədə terminal yaratmağı planlaşdırırdı.

Bolqarıstanlı nazir qeyd edib ki, maye qazın tankerlərlə daşınması baha başa gəlsə də, daha ucuz infrastrukturdan istifadə etməyə imkan verir və yanacağın boşaldılması üçün xüsusi terminalların tikintisini tələb etmir.

Görüşün nəticələri ilə bağlı jurnalistlərə açıqlama verən prezident Pırvanov "Nabucco" layihəsinin gerçəkləşəcəyi tarixlə bağlı konkret məlumat verməyib: "Dəqiq tarix söyləmək çətindir, lakin bu gün imzalanmış sənədlər gələcəkdə "Nabucco" layihəsinin bir hissəsinə çevrilə bilər. Bunlar ikitərəfli sazişlərdir, perspektivdə bu sənədlər "Nabucco" layihəsində nəzərə alına bilər".

Bolqarıstan prezidenti "Nabucco" layihəsinin gerçəkləşməsi üçün bir sıra məsələlərin öz həllini tapmalı olduğunu deyib: "Bunlar ilk növbədə enerji resursları mənbələrinin axtarışı, tranziti və maliyyələşdirilməsi ilə bağlı məsələlərdir. Azərbaycan bu ilin mayında Praqada bir daha "Nabukko" layihəsini dəstəklədiyini bildirib. Hələlik tranzit və maliyyələşdirmə məsələləri həllini tapmayıb".

"Azərbaycandan Bolqarıstana qaz göndərməklə biz faktik olaraq Avropa Birliyinin enerji tərəfdaşına çevrilirik". Bunu isə prezident İlham Əliyev deyib. APA-nın məlumatına görə, İ.Əliyev Azərbaycanla AB arasında enerji sahəsində strateji tərəfdaşlığın 2006-cı ildə imzalanan memorandumdan sonra başladığını bildirib: "Bu gün imzalanan sənədlər münasibətlərin sonrakı inkişafına əsas yaradacaq".

Azərbaycan prezidenti bəyan edib ki, enerji təhlükəsizliyinə dair məsələlər son illər bütün siyasi diskussiyalarda birinci sıradadır: "Azərbaycan bu məsələlərin həllinə öz töhfəsini verir. Əminəm ki, bu gün imzalanan sənədlər bu məsələlərin həllində pozitiv rol oynayacaq".

İ.Əliyev Azərbaycanla Bolqarıstan arasında imzalanmış ikitərəfli sənədlərin təbii qaz sahəsində əməkdaşlığın genişlənməsinə əsas yaradacağını deyərək gələcəkdə digər dövlətlərin də bu əməkdaşlığa qoşulacağını vurğulayıb. O, Azərbaycanın böyük təbii qaz ehtiyatlarına malik olduğunu xatırladaraq bu ehtiyatları ixrac etmək istədiklərini vurğulayıb.

İkitərəfli münasibətlərə toxunan İ.Əliyev Bolqarıstanın Azərbaycanla AB arasında əlaqələrdə oynadığı vacib rola da diqqət çəkib: "Bizim ikitərəfli münasibətlərimiz çox uğurla inkişaf edir və Bolqarıstan bizim üçün fövqəladə dərəcədə əhəmiyyətli tərəfdaşdır. Biz Bolqarıstanın Azərbaycanın avroatlantik strukturlara inteqrasiya cəhdlərinə verdiyi dəstəyi hər zaman hiss etmişik".

Axşam saatlarında Azərbaycan prezidenti Sofiyadan vətənə qayıdıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanla Polşa arasında bir neçə saziş imzalanıb

Türk Dünyası riyaziyyatçılarının növbəti konqresi Bakıda keçiriləcək

Azərbaycan prezidenti Quba məzarlığını ziyarət edib

Hərbi Doktrina gələn ilə qaldı

Dilarə Əliyeva "kriminal aləmdə"

Bölmənin digər xəbərləri
 
Parlament debatlarında sensasion mülahizələr
Bu həftə MM son aylarda görünməmiş gərginliklə işlədi

Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?
Tərəflərdən müdafiə xərclərinə ehtiyatlı yanaşma

"Parlament seçkisi olmasın, artıq xərcdir"
Aydın Həsənovun "ciddi" təklifi sonradan "zarafat" adlandırıldı

"Azərbaycan BMT qarşısında yarımçıq hesabatla çıxış edib"
R.Cəfərovun sözlərinə görə, Cenevrədə keçirilən dinləmələrdə rəsmi Bakıya ünvanlanan sualların bir çoxu cavabsız qalıb

Avropa Şurasından Azərbaycana hədə
"Avropa Şurasına ancaq bu qurumun standartlarına və dəyərlərinə uyğun dövlətlər üzv ola bilər"

Pənah Hüseynlə Valeh Ələsgərovun Nobel söhbəti
Oqtay Əsədov: "Pənah bəy, bilmirdim ki, ingilis dilini bilirsən"

QKDK: cəza tədbirləri sərtləşdirilsin
Komitə cərimələrin həcmini 10-15 dəfə artırmağı məsləhət bilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər