![]() |
çap et |
|
|||
"Qarabağ məsələsi həll olunana qədər parlament seçkilərini təxirə salaq". Bu unikal təkliflə Milli Məclisin iclasında millət vəkili Aydın Həsənov çıxış etdi. Onun fikrincə, seçkini təxirə salmaqla bu tədbir üçün nəzərdə tutulan külli miqdarda vəsaitə qənaət etmək olar:
"Biz dolanmağa bir manat tapmırıq, ancaq seçkidə o qədər pul xərclənir. Seçkidə minlərlə müşahidəçi gələcək, o qədər xərcdir. Hərəsi də bizim haqqımızda bir rəy verəcək. Konstitusiyaya dəyişiklik edildi, başqa qanunlarımıza əlavə və dəyişiklik edildi. Mən təklif edirəm ki, müharibə şəraitində olan bir dövlət kimi seçkiyə ayıracağımız pulları sosial ehtiyaclara ödəyək". Aydın Həsənov bildirdi ki, hazırda parlamentdə oturan millət vəkilləri yenə də deputat olmağa layiqli insanlardır. Ona görə də bu qədər xərc çəkib yenidən seçki keçirməyə ehtiyac yoxdur. Lakin sonradan parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov da daxil olmaqla, bir neçə YAP-çı deputat Aydın Həsənovun təklifini zarafat kimi qiymətləndirdiklərini dedilər. Maraqlıdır ki, fasilədə jurnalistlərə açıqlama verən deputatın özü də zarafat etdiyini deyib təklifindən geri çəkildi. |