Hal-hazırda Ayna qəzetinin 14.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Parlament seçkisi olmasın, artıq xərcdir"
"Parlament seçkisi olmasın, artıq xərcdir"
Aydın Həsənovun "ciddi" təklifi sonradan "zarafat" adlandırıldı
Şənbə, 14.11.2009

Fərəh mətn ölçüsü  

 "Qarabağ məsələsi həll olunana qədər parlament seçkilərini təxirə salaq". Bu unikal təkliflə Milli Məclisin iclasında millət vəkili Aydın Həsənov çıxış etdi. Onun fikrincə, seçkini təxirə salmaqla bu tədbir üçün nəzərdə tutulan külli miqdarda vəsaitə qənaət etmək olar:

"Biz dolanmağa bir manat tapmırıq, ancaq seçkidə o qədər pul xərclənir. Seçkidə minlərlə müşahidəçi gələcək, o qədər xərcdir. Hərəsi də bizim haqqımızda bir rəy verəcək. Konstitusiyaya dəyişiklik edildi, başqa qanunlarımıza əlavə və dəyişiklik edildi. Mən təklif edirəm ki, müharibə şəraitində olan bir dövlət kimi seçkiyə ayıracağımız pulları sosial ehtiyaclara ödəyək".

Aydın Həsənov bildirdi ki, hazırda parlamentdə oturan millət vəkilləri yenə də deputat olmağa layiqli insanlardır. Ona görə də bu qədər xərc çəkib yenidən seçki keçirməyə ehtiyac yoxdur.

Lakin sonradan parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov da daxil olmaqla, bir neçə YAP-çı deputat Aydın Həsənovun təklifini zarafat kimi qiymətləndirdiklərini dedilər. Maraqlıdır ki, fasilədə jurnalistlərə açıqlama verən deputatın özü də zarafat etdiyini deyib təklifindən geri çəkildi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Parlament debatlarında sensasion mülahizələr
Bu həftə MM son aylarda görünməmiş gərginliklə işlədi

Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?
Tərəflərdən müdafiə xərclərinə ehtiyatlı yanaşma

"Azərbaycan Avropa Birliyinin enerji tərəfdaşına çevrilir"
İlham Əliyevin fikrincə, Bolqarıstanda imzalanmış sənədlər münasibətlərin sonrakı inkişafına əsas yaradacaq

"Azərbaycan BMT qarşısında yarımçıq hesabatla çıxış edib"
R.Cəfərovun sözlərinə görə, Cenevrədə keçirilən dinləmələrdə rəsmi Bakıya ünvanlanan sualların bir çoxu cavabsız qalıb

Avropa Şurasından Azərbaycana hədə
"Avropa Şurasına ancaq bu qurumun standartlarına və dəyərlərinə uyğun dövlətlər üzv ola bilər"

Pənah Hüseynlə Valeh Ələsgərovun Nobel söhbəti
Oqtay Əsədov: "Pənah bəy, bilmirdim ki, ingilis dilini bilirsən"

QKDK: cəza tədbirləri sərtləşdirilsin
Komitə cərimələrin həcmini 10-15 dəfə artırmağı məsləhət bilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər