çap et  
Əli bəy Hüseynzadə haqqında kitabın təqdimatı keçirilib
Şənbə, 14.11.2009


"Əli bəy Hüseynzadə Turan" adlı kitabın təqdimat mərasimi keçirilib. Millət vəkili Qənirə Paşayeva və Azər Turanın müəllifi olduğu kitabın yazılma ideyası Əli bəy Hüseynzadənin yeganə varisi olan qızı Feyzavər Alpsarla görüşdən sonra yaranıb. Tədbirdə çıxış edən Qənirə Paşayeva bildirib ki, Feyzavər xanımla danışıqları videolentə köçürülüb və bu, sənədli film şəklində İctimai Televiziyada yayımlanacaq. Kitabdan söz açan millət vəkili toplunun daha bir təqdimatının 14 noyabrda Türkiyədə keçiriləcəyini bildirdi: "Feyzavər xanımla söhbətimizdə atasının əsərlərinin bir hissəsini Azərbaycana bəxş etməyə hazır olduğunu bildirdi. İnanıram ki, bu, böyük bir təqditmatla yadda qalacaq. Onu da bildirim ki, bu gün Azərbaycan bayrağına baxanda Əli bəy Hüseynzadəni xatırlayırıq. Çünki bayrağın simvollarının müəllifi Əli bəy olub. Onun türkləşmək, islamlaşmaq, müasirləşmək ideyası bayraqda əksini tapıb. Eyni zamanda, Azərbaycanda milli düşüncənin formalaşmasında, millətimizin mədəniyyətə, təhsilə yönəlməsində Əli bəyin misilsiz xidmətləri olub".

Filoloq Nizami Xudiyev isə xatırladıb ki, Əli bəy Hüseynzadə Rusiyada və Türkiyədə təhsil alıb. Onun dəri zöhrəvi, vəba xəstəlikləri üzrə doktorluq işi olmuşdur.