Bu həftədən başlayaraq noyabrın 29-dək Bazel şəhərində İsveçrədə Azərbaycan Mədəniyyət İli "Culture-2009 Azerbaiyan" layihəsi çərçivəsində "Baku Unlimited" adlı sərgi keçirilir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov bildirir. Sərginin təşkili məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri, əməkdar incəsənət xadimi Leyla Axundzadənin rəhbərliyi altında üç rəssam Bazel şəhərinə ezam olunub. Sərgidə müxtəlif nəsilləri təmsil edən 26 rəssamın boyakarlıq, fotoqrafiya, videoart və digər müasir incəsənət əsərlərinin nümayişi nəzərdə tutulur.
Qəşəm Nəcəfzadə 50 illiyini qeyd etdiYazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatı laureatı, "Azərbaycan" jurnalı poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadənin 50 illik yubileyi qeyd edilib.