çap et  
Maykl Ceksonun atası oğlunun mirasından pay istəyir
Maykl Ceksonun atası oğlunun mirasından pay istəyir
Bu istəklə məhkəməyə üz tutub
Şənbə, 14.11.2009

Şəms

Pop kralı Maykl Ceksonun atası Ceo Cekson oğlunun mirasından pay istəyir. Xarici mətbuatın yazdığına görə, Ceo Cekson Los-Anceles Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Ata Cekson ərizəsində yazıb ki, Maykl Ceksonun anası Katerinə hər ay oğlunun mirasından 86 min dollar verilir. Qeyd edək ki, Maykl Cekson vəsiyyətində üç uşağına anasının baxmasını istəyib. 86 min dollar da hər ay onun mirasından bu məqsədlə anasına ayrılır. Ceo Cekson isə özü üçün pul əldə etmək istəyir və hər ay ona 15 min dollar verilməsini tələb edir. Xəbərdə qeyd olunur ki, öz kefindən qalmayan ata bu pulu kirayə, yemək və təyyarə biletlərinə xərcləyəcəyini bildirib.