Pop kralı Maykl Ceksonun atası Ceo Cekson oğlunun mirasından pay istəyir. Xarici mətbuatın yazdığına görə, Ceo Cekson Los-Anceles Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Ata Cekson ərizəsində yazıb ki, Maykl Ceksonun anası Katerinə hər ay oğlunun mirasından 86 min dollar verilir. Qeyd edək ki, Maykl Cekson vəsiyyətində üç uşağına anasının baxmasını istəyib. 86 min dollar da hər ay onun mirasından bu məqsədlə anasına ayrılır. Ceo Cekson isə özü üçün pul əldə etmək istəyir və hər ay ona 15 min dollar verilməsini tələb edir. Xəbərdə qeyd olunur ki, öz kefindən qalmayan ata bu pulu kirayə, yemək və təyyarə biletlərinə xərcləyəcəyini bildirib.
Bazeldə "Baku Unlimited" sərgisiBu həftədən başlayaraq noyabrın 29-dək Bazel şəhərində İsveçrədə Azərbaycan Mədəniyyət İli "Culture-2009 Azerbaiyan" layihəsi çərçivəsində "Baku Unlimited" adlı sərgi keçirilir.
Qəşəm Nəcəfzadə 50 illiyini qeyd etdiYazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatı laureatı, "Azərbaycan" jurnalı poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadənin 50 illik yubileyi qeyd edilib.