Türkmənistanda Azərbaycan mədəniyyəti günləri başa çatıb. Aşqabaddakı Muğam Sarayında mədəniyyət günlərinin təntənəli bağlanışı olub. Xəbər verdiyimiz kimi, mədəniyyət günlərində ölkəmizi Naxçıvan Muxtar Respublikası Filarmoniyasının yaradıcı kollektivi, Naxçıvanın musiqi və opera sənəti ustaları, eyni zamanda tanınmış rəssamlar təmsil ediblər.
Qeyd edək ki, bağlanış mərasimində çıxış edənlər milli mədəniyyətlərin inkişafına imkan yaratdıqlarına, iki dövlətin yaradıcı ziyalıları arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən beynəlxalq əməkdaşlıq siyasəti yürütdüklərinə görə Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədova minnətdarlıqlarını bildiriblər. Dostluq və qardaşlıq bayramı birgə təntənəli qala-konsertlə başa çatıb. Proqramda Azərbaycan və Türkmənistanın xalq mahnı və melodiyaları səslənib.
Bazeldə "Baku Unlimited" sərgisiBu həftədən başlayaraq noyabrın 29-dək Bazel şəhərində İsveçrədə Azərbaycan Mədəniyyət İli "Culture-2009 Azerbaiyan" layihəsi çərçivəsində "Baku Unlimited" adlı sərgi keçirilir.
Qəşəm Nəcəfzadə 50 illiyini qeyd etdiYazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatı laureatı, "Azərbaycan" jurnalı poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadənin 50 illik yubileyi qeyd edilib.