çap et  
Azərbaycanda ilk toy saytı
Şənbə, 14.11.2009


Azərbaycanda ilk toy saytı istifadəyə verilib. Yeni www.toylar.biz saytında arzuladığınız müğənnidən tutmuş tamadaya qədər, saç ustasından gəlin maşınlarına qədər seçim imkanı yaradılıb. Sayt "Biz rroduction"un məhsuludur. Qurumun icraçı direktoru, telejurnalist Nicat Qafuroğlunun sözlərinə görə, əsas məqsəd toy etmək istəyənlərin işini asanlaşdırmaqdır: "Nəinki Azərbaycanda, hətta Qafqazda yeganə toy saytıdır ki, toya hazırlıqla bağlı bütün məsələlər nəzərə alınıb. Məsələn, toyunu fərqli etmək istəyənlərə orijinal ssenarilər, yeni cütlüklər üçün bənzərsiz film çəkilişi təşkil edirik".

Saytda diqqətçəkən bölmələrdən biri də "Bəy-Gəlin" filmidir. Bu sahədəki sifarişləri şirkətin nəzdindəki Film Mərkəzi icra edir. Filmin müddəti istəkdən asılıdır. Müxtəlif məkanlarda, romantik süjetlərlə zəngin filmin qəhrəmanı bəy və gəlindir".